Yuxarı

"Azercell" media nümayəndələrini təbrik edir!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azercell Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə bütün media nümayəndələrini təbrik edir!

Lider mobil operator jurnalistlər üçün xüsusi internet kampaniyası təqdim edir

Bu gün – 22 iyul, Azərbaycan mətbuatının əsasını qoyan “Əkinçi” qəzetinin nəşrindən 150 il ötür. Həsən bəy Zərdabinin təşəbbüsü ilə 1875-ci ildə işıq üzü görən bu nəşr ana dilində informasiya yayımı və milli maarifçilik ənənələrinin formalaşmasına mühüm töhfə verib.

Azercell Telekom ənənəsinə sadiq qalaraq, Milli Mətbuat və Jurnalistika Günü münasibətilə “Mediacell” tarif paketinin abunəçilərinə və İkinci Qarabağ müharibəsində iştirak etmiş media nümayəndələrinə 5GB həcmində internet paketi hədiyyə edir. Təqdim olunan mobil internet 30 gün müddətində aktiv olacaq. Daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz.

Eyni zamanda, şirkətin sosial media kanallarında media və jurnalistika mövzusuna həsr olunmuş maarifləndirici və əyləncəli interaktiv müsabiqələr keçirilib. Aktiv iştirakçılar arasından seçilən qaliblərə müxtəlif hədiyyələr təqdim olunub.

Media nümayəndələrinin fəaliyyətini hər zaman diqqət mərkəzində saxlayan Azercell, 2011-ci ildən etibarən “Mediacell” tarif paketi vasitəsilə ölkədə rəsmi qeydiyyatdan keçmiş media orqanlarında çalışan KİV nümayəndələri üçün fərdi şərtlərlə xidmət göstərən ilk mobil operatordur. Şirkət media nümayəndələrinin peşəkar inkişafına dəstək məqsədilə ingilis dili kursları, ixtisaslaşmış seminarlar və təlim proqramları da daxil olmaqla, müxtəlif istiqamətli təşəbbüslər həyata keçirməklə bu sahəyə töhfəsini davam etdirir.

Azercell, həmçinin Vətən müharibəsi zamanı cəbhə xəttindən yerli və beynəlxalq ictimaiyyətə doğru və operativ məlumat çatdıran jurnalistlərin etibarlı və fasiləsiz rabitə ilə təmin olunmasına xüsusi diqqət yetirib. Şirkət, işğaldan azad edilmiş ərazilərdə peşə borcunu yerinə yetirərkən şəhidlik zirvəsinə ucalmış jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun əziz xatirəsini hər zaman dərin hörmətlə anır.

Azercell media sahəsində çalışan bütün əməkdaşları təbrik edir, peşəkar fəaliyyətlərində uğurlar arzulayır!

Tarix
2025.07.22 / 15:46
Müəllif
Axar.az
Digər xəbərlər

Onların şücaəti heç zaman unudulmayacaq - Prezident

Azərbaycan mediası bunu hər şeydən uca tutmalıdır - Əliyev

İrakli Kobaxidze Ceyhun Bayramovla görüşdü

İnformasiya məkanında qazandığımız zəfər... - Prezident

Azərbaycan-Türkiyə hərbi memorandum imzaladı - Video

Milli mətbuatın 150 illiyi ilə bağlı rəsmi tədbir keçirildi

Qafqazda böyük əks-səda doğuran bu tarixi hadisə... - Əliyev

İlham Əliyevdən Milli Mətbuatın 150 illiyi ilə bağlı təbrik

Zakir Həsənov Ərdoğanla tədbirdə - Foto

Bayramov Gürcüstan prezidenti ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla