Yuxarı

Rəşad Sadıqov “Hayduk”la oyundan danışdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avrokuboklarda Azərbaycanı layiqincə təmsil etmək istəyirik.

Axar.az xəbər verir ki, bu sözləri “Zirə” komandasının baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Xorvatiya təmsilçisi “Hayduk” ilə keçirəcəkləri ilk oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

O, rəqibin ciddi komanda olduğunu bildirib:

"Komandamız yaxşı formadadır. Mövsümün ilk rəsmi matçında qalib gəlmək istəyirik. Azarkeşlərin dəstəyinə ehtiyacımız var".

Baş məşqçi Rafael Utziq və Salifu Sumanın gələcək taleyi barədə də danışıb:

"Suma artıq bizimlə vidalaşdı. Ona uğurlar arzulayıram. Rafaelə gəlincə, o, komandadan ayrılmaq istəyirdi. Mənimlə söhbəti olmuşdu. Hazırlığa gec qoşuldu. Buna görə də pul cəzası verildi. Dörd həftə əvəzedici heyətlə birgə məşq edəcək. Ona da təkliflər var idi. Lakin klubu qane etmədi. Hazırda onu komandanın içində görmürəm".

R.Sadıqov möhkəm kollektiv formalaşdırmaq istədiklərini vurğulayıb:

"Biz bir oyunçu üzərində oyun qurmaq istəmirik. Suma ötən ilin əvvəlindən əsas həyətdə oynamırdı. Sonradan start heyətdə yer almağa başladı. Yeni transfer Vinsent Till təəssüf ki, zədələndi və "Hayduk"la iki matçı da buraxacaq".

Qeyd edək ki, "Zirə" ilə "Hayduk" arasında ilk matç iyulun 23-ü saat 19:30-da "Bakcell Arena"da baş tutacaq. Komandalar arasında cavab görüşü isə iyulun 31-də səfərdə təşkil olunacaq.

Tarix
2025.07.22 / 19:17
Müəllif
Axar.az
Digər xəbərlər

Suriya üzrə danışıqlar yenə Bakıda keçiriləcək

Ərdoğan Kamran Əliyevi qəbul etdi

Ukrayna buna görə Azərbaycana təşəkkür etdi

AZAL təyyarəsini vurmağı əmr edən generalla bağlı qərar - Foto

Onların şücaəti heç zaman unudulmayacaq - Prezident

Azərbaycan mediası bunu hər şeydən uca tutmalıdır - Əliyev

İrakli Kobaxidze Ceyhun Bayramovla görüşdü

İnformasiya məkanında qazandığımız zəfər... - Prezident

Azərbaycan-Türkiyə hərbi memorandum imzaladı - Video

Milli mətbuatın 150 illiyi ilə bağlı rəsmi tədbir keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla