Yuxarı

Almaniya sərhəddə nəzarəti gücləndirdi - Merzdən açıqlama

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniya sərhəddə nəzarəti gücləndirdi - Merzdən açıqlama

Almaniyanın qonşu ölkələrlə sərhədlərində tətbiq olunan nəzarət tədbirləri yalnız müvəqqəti xarakter daşıyır və bu tədbirlər Avropa miqyasında ümumi bir tənzimləmə mexanizmi formalaşana qədər qüvvədə qalacaq.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Almaniya kansleri Fridrix Merz çıxış edib.

“Biz Avropa səviyyəsində bir həll yolu tapmağa çalışırıq. Lakin biz Avropanın xarici sərhədlərini daha yaxşı şəkildə qoruya bilmədiyimiz müddətdə, daxili sərhədlərdə nəzarəti həyata keçirməyə məcburuq”, - deyə kansler vurğulayıb.

Qeyd edək ki, mayın 7-də Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt 2015-ci ildən qüvvədə olan və sığınacaq axtaran şəxslərə ölkəyə daxil olmağa icazə verən əvvəlki hökumətin qərarını ləğv edib. Yeni qaydalara əsasən, əgər həmin şəxslər artıq Avropa Birliyinin digər ölkələrində sığınacaq üçün müraciət ediblərsə, onlar Almaniya sərhədindən geri qaytarılır. Eyni zamanda, Dobrindt sərhədlərdə yoxlamalar aparan federal polis əməkdaşlarının sayının artırıldığını elan edib.

Nəticədə hazırda Almaniyanın Polşa və Çexiya ilə sərhədlərində nəzarət səbəbindən böyük tıxaclar yaranır.

Tarix
2025.07.23 / 00:39
Müəllif
Axar.az
Digər xəbərlər

Sahibə Qafarova Qırğızıstan prezidenti ilə görüşdü

İstanbulda Baş Konsulluğumuz ciddi mühafizə altında... - Video

Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla