Yuxarı

Suriya üzrə danışıqlar yenə Bakıda keçiriləcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya üzrə beynəlxalq danışıqların növbəti raundu Bakıda keçiriləcək.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Əl-Hadas" telekanalı öz mənbələrinə istinadən xəbər verir.

Qeyd olunur ki, İsrail nümayəndə heyətinin Suriya tərəfi ilə razılaşmaları yekunlaşdırmaq məqsədilə Azərbaycana səfəri gözlənilir.

"Əl-Ərəbiyyə" nəşri ABŞ-nin vasitəçiliyi və Türkiyənin dəstəyi ilə İsrail və Suriya arasında təhlükəsizlik məsələləri üzrə əlaqə kanallarının bərpa olunduğunu bildirib.

Məlumata görə, Türkiyə və Suriya kürd, druz və ələvilərin statusu, həmçinin İsrailin rolunu da əhatə edən regional qarşılıqlı anlaşma barədə danışıqlar aparır.

Nəşr həmçinin bildirir ki, İsrail nümayəndə heyəti Əs-Süveydə ətrafında mübahisəni tam həll etmək üçün Azərbaycanda danışıqlara yollanacaq.

Bununla yanaşı, İsrail Suriyaya hücumları dayandırmaq öhdəliyini üzərinə götürməyib və 1974-cü ildə müəyyən edilmiş atəşkəs xətti boyunca təxminən 80 kilometr uzunluğunda və yarım kilometrdən 10 kilometrə qədər dərinlikdə geniş demilitarizasiya olunmuş bufer zonasının yaradılmasında israr edir.

Daha əvvəl bildirilib ki, ABŞ, İsrail və Suriyanın yüksək səviyyəli nümayəndələri Suriyanın cənubunda təhlükəsizlik məsələlərini müzakirə etmək üçün 24 iyulda görüşəcəklər, lakin görüşün keçiriləcəyi yer hələ açıqlanmır.

Bundan əvvəl İsrailin milli təhlükəsizlik müşaviri Tsaxi Xaneqbi ilə Suriya xarici işlər naziri Əsaad əş-Şibani arasında danışıqlar Bakıda keçirilib.

Tarix
2025.07.23 / 00:50
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Kamran Əliyevi qəbul etdi

Ukrayna buna görə Azərbaycana təşəkkür etdi

AZAL təyyarəsini vurmağı əmr edən generalla bağlı qərar - Foto

Onların şücaəti heç zaman unudulmayacaq - Prezident

Azərbaycan mediası bunu hər şeydən uca tutmalıdır - Əliyev

İrakli Kobaxidze Ceyhun Bayramovla görüşdü

İnformasiya məkanında qazandığımız zəfər... - Prezident

Azərbaycan-Türkiyə hərbi memorandum imzaladı - Video

Milli mətbuatın 150 illiyi ilə bağlı rəsmi tədbir keçirildi

Qafqazda böyük əks-səda doğuran bu tarixi hadisə... - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla