Yuxarı

AZAL təyyarəsini vurmağı əmr edən generalla bağlı qərar - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, 2024-cü ilin 25 dekabrında Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinə atəş açan döyüş ekipajına Dmitri Sergeyeviç Paladiçuk rəhbərlik edib.

Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, "Minval Politiko" hadisə ilə bağlı daha bir məlumat əldə edib.

Məlumata görə, AZAL-a məxsus EMBRAER 190 reysinin vurulması əmrini Rusiya Cənub Hərbi Dairəsinin Hərbi Hava Qüvvələrinin (HHQ) və Hava Hücumundan Müdafiə (HHM) 4-cü qvardiya ordusunun 51-ci hava hücumundan müdafiə diviziyasının komandiri, general-mayor Aleksandr Vasilyeviç Tolopilo verib. Bu barədə 51-ci HHM diviziyasının idarəetmə məntəqəsinin əməliyyat növbətçisi, polkovnik-leytenant Nikolay Nikolayeviç Orlyanski deyib. Orlyanski Tolopilonun həmin əmrini alıb və kapitan Paladiçuka AZAL-ın mülki təyyarəsinə atəş açmaq barədə komanda verib.

Hesabatlara görə, raket qurğusunun heyəti Tolopilonun operativ tabeliyində olub. Bu, 16 dekabr 2024-cü il tarixli rəsmi raportla təsdiqlənib. Bildirilir ki, bilavasitə iştirakına baxmayaraq, general-mayor Tolopilo cinayət məsuliyyətindən yayınıb. O, günahı dispetçerlərin üzərinə ataraq, raketlərin "öz-özünü məhv etdiyini" iddia edib və təyyarəyə zərər verə bilməyəcəyini deyərək, bilərəkdən yalan ifadələr verib.

Onun bu versiyası daxili istintaq tərəfindən təkzib edilib.

Faciədəki roluna baxmayaraq, Tolopilo nəinki cəzalandırılıb, əksinə, daha vəzifəyə yüksəldilib.

Tarix
2025.07.22 / 22:05
Müəllif
Axar.az
Digər xəbərlər

Suriya üzrə danışıqlar yenə Bakıda keçiriləcək

Ərdoğan Kamran Əliyevi qəbul etdi

Ukrayna buna görə Azərbaycana təşəkkür etdi

Onların şücaəti heç zaman unudulmayacaq - Prezident

Azərbaycan mediası bunu hər şeydən uca tutmalıdır - Əliyev

İrakli Kobaxidze Ceyhun Bayramovla görüşdü

İnformasiya məkanında qazandığımız zəfər... - Prezident

Azərbaycan-Türkiyə hərbi memorandum imzaladı - Video

Milli mətbuatın 150 illiyi ilə bağlı rəsmi tədbir keçirildi

Qafqazda böyük əks-səda doğuran bu tarixi hadisə... - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla