Yuxarı

Bakıda yeni metro stansiyalarının tikintisi ilə bağlı işlər başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Metropoliteni QSC Türkiyənin “Yüksel Proje” şirkəti ilə 35,4 milyon manat dəyərində müqavilə imzalayıb.

Bu barədə Axar.az səhmdar cəmiyyətə istinadən xəbər verir.

Müqavilə çərçivəsində, "Yaşıl" xətt üzrə Y14–Y17 və "Bənövşəyi" xətt üzrə B5–B8 stansiyaları və bu stansiyalar arasında tunellərin layihələndirilməsi, “28 May” stansiyasında "Yaşıl" və "Qırmızı" xətlərin ayrılmasının layihələndirilməsi, həmçinin “İçərişəhər” stansiyasında keçid kamerası, geri dönüş tuneli və yeraltı avtomobil dayanacağının layihələndirilməsi nəzərdə tutulur.

Məlumata görə, “Yüksel Proje” artıq bu öhdəliklərin icrasına başlayıb. Vergi və inzibati öhdəliklərin Azərbaycan hüququna uyğun şəkildə icrası, qanunvericilik çərçivəsində fəaliyyət, eyni zamanda layihənin idarəolunmasında səmərəliliyi artırmaq məqsədilə müqavilə “Yüksel Proje” şirkətinin Azərbaycanda təsis etdiyi “Yüksel Proje” MMC ilə imzalanıb.

Qeyd edək ki, bu layihənin icrası “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.

Dünyanın ən böyük 225 layihələndirmə şirkətinin müəyyən edildiyi ENR 2023 siyahısında 162-ci yerdə qərarlaşmış “Yüksel Proje” 45 ildən artıq beynəlxalq təcrübəyə malikdir. Şirkət bu günə qədər dünyanın 30-dan çox ölkəsində, eləcə də Türkiyənin bir sıra böyük şəhərlərində metro və dəmir yolu layihələrinin uğurla layihələndirilməsi və idarə edilməsində iştirak edib.

Tarix
2025.07.24 / 10:35
Müəllif
Axar.az
Digər xəbərlər

Fransa parlamentində Bakıya qarşı qətnamə ilə bağlı bəyanat

DİN-də əməliyyat müşavirəsi: Vəzifələr tam icra olunmalıdır

“Bakcell”in dəstəyi ilə YAŞAT yay məktəbi Londonda

Qusman işdən çıxarılması ilə bağlı suala belə reaksiya verdi

OMON azərbaycanlı iş adamının ofisinə basqın etdi

Bakı bunu gözləyirdi, Kreml etmədi: Niyə?

Bakıdan qovulan Ocaqnejad azərbaycanlılarla görüşəcək

İsrail səfiri Bakıda İranla bağlı mühüm məlumatı açıqladı

Özbəkistandan Zəngəzurla bağlı açıqlama

Azərbaycan Yaxın Şərq regionunda mühüm rol oynayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla