Yuxarı

Doktorantura imtahanlarının nəticələri elan olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Doktorantura imtahanlarının nəticələri elan olundu

İyunun 22-də doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul və fəlsəfə doktoru imtahanları, iyunun 23-də isə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı keçirilib. Həmçinin 1-5 iyul tarixlərində namizəd və iddiaçıların danışıq bacarıqlarının yoxlanılması həyata keçirilib.

Dövlət İmtahan Mərkəzindən Axar.az-a verilən məlumata görə, imtahan iştirakçıları nəticələr, cavab kartı və yazı işlərinin (esse və vizual məlumatın təsviri) qrafik təsviri ilə DİM-in internet saytında tanış ola bilərlər.

İştirakçılar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanlarda 2144 namizəd və iddiaçı (1797 nəfər doktoranturaya qəbul, 344 nəfər fəlsəfə doktoru, 3 nəfər isə Azərbaycan dili imtahanında) iştirak edib. 56 nəfər imtahana gəlməyib.

Doktorantura və dissertanturaya qəbul imtahanının nəticələrinə əsasən, 1106 nəfər tələb olunan şərtləri ödəyərək fəlsəfə imtahanına buraxılıb.

97 nəfər xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş şərtləri ödəyib.

3 əcnəbi iddiaçı Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş şərtləri ödəyib.

Xarici dil üzrə qəbul imtahanında (habelə Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında) bloklar üzrə müvafiq bal məhdudiyəti (2 bal) nəzərə alınmaqla 25 və daha yuxarı bal toplamış namizədlər imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab olunurlar. Qəbul imtahanında 30 və daha çox bal toplayan namizədlər dissertasiyalarını həmin imtahanı verdikləri tarixdən beş il müddətində ilkin müzakirəyə təqdim etdikləri təqdirdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar.

Xarici dil üzrə fəlsəfə doktoru imtahanında məqbul almaq üçün tələb olunan minimal bal isə 30-dur (bloklar üzrə 2 bal məhdudiyəti nəzərə alınmaqla).

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 30 iyuldan etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək.

Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 25 iyul saat 10:00‑dan 27 iyul saat 17:00-dək DİM-in internet saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çoxu 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Tarix
2025.07.24 / 19:30
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Qubadlı ilə bağlı paylaşım - Video

Qubadlının işğaldan azad olunmasından 5 il ötür

Deputatın gizlətdiyi qızı üzə çıxdı: Çöllərdə qalmışam... - Video

Azərbaycan bütün tərəfdaşlarla işləyəcək - Nazir

Azərbaycan BMT ilə mühüm sənəd imzaladı

Bakı İrəvana 3 milyardlıq malı kimin göstərişi ilə göndərib?

Azərbaycanlı jurnalist Rusiyada "xarici agent" elan edildi

General Abbasov niyə işdən çıxarıldı? - Səbəblər

Hakan Fidan Ramil Həsəni qəbul etdi

Prezidentin nümayəndəsi Emi Karlonla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla