Qafqaz Orta Doğunun Fələstinidir.
Rusiyanın məhvi Qafqazlarla başlayacaq deyir Navalnı.
Ramazan Abulatibov Qafqazların yeni canışini, yeni Sisyanov.
General Zubovun dərin düşüncəsini yazan Platon Zubov idi. Onun
yazdıqlarını general tətbiq etmək məcburiyyətində idi.
200 ildir ki, Qafqazlar Rusiyanın müstəmləkəsidir. Qafqaza və
Xəzərə hökmranlıqla imperiya olan Rusiya bu ərazilərə Mərkəz olaraq
Tiflisi seçmişdi.
Bu 200 ildə dəyişən nədir?
Tiflis artıq imperiyanın Mərkəzi statusundan çıxıb.Yeni mərkəz
Dərbənd olur.
Dərbəndin 2000 illiyi birbaşa Rusiya prezidentinin sərəncamı ilə
qeyd olunur. Dərbəndilər -orta çağların böyük mütəfəkkirləri Rus
elmin parçası sayılacaqlar.
Avar və ləzgi xalqlarının qarşıdurmasından yeni sərhədlər
yaradılacaq Qafqazda. Azərbaycanın baş şəhəri Dərbənd ləzgilərin,
Dağıstanın mərkəzi Mahaçqala avarların atlarına oylaq olacaq.
Və beləcə...Yeni bir Qarabağ problemi yaşamaq məcburiyyətində
olacağıq.
Ermənilər Qafqazlardan aldıqları payla bu ərazilərin əsas
oyunçusu statusundan çıxmaq arzusundadırlar. Onlar artıq İran və
Rusiyanın geopolitikasında söz sahibləridirlər. Dünyanın güc
balansında İsrail və Ermənistan faktoru hələ də rəqabət mövzusudur.
Kimə sahib çıxmaq istəyindən asılı olaraq ya İsrail, ya da
Ermənistan qazanmalıdır.
Qaynar qazanda soyuq yer yoxdur.
Abbas Mirzə Paskeviçə məktublarında "xristianların hamisi olaraq
görünmək istəyirsiniz, amma xristianlar Sizlərdən çəkdiklərini min
illərdir ki, bərabər yaşadıqları müsəlmanlardan görməyiblər",-
deyirdi.
Qafqaz yenə qazan da.
Nə bişirilir?
Qafqazlarda oyunçuların sayı artıb, zaman isə 200 il öncəsi
kimidir.
Gülüstan kəndində yaşayanların o gün heç nədən xəbərləri yox
idi. Olmadı da.
Bir zaman birləşdirildi yazdılar, bir zaman xilas oldular
yazdılar, indi nə yazacaqlar...
Qədərimizi özümüz yazmayınca, Kədərimiz yazılacaq.