Axar.az
Yuxarı

Bu gün ən gözəl günlərdən birini yaşadım…

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yeddi oğul istərəm” deyir unudulmaz filmdə. Mən isə bu gün onlar kimi 7 qız - 7 oğuldan da dəyərlidir dedim...

Bu gün həyatımın ən gözəl günlərindən birini yaşadım!

Bu 7 qız sanki öz qızlarımdı. O qədər sevindim onların uğurlarına, heyran qaldım ağıllarına, istedadlarına, sadəliklərinə. Çünki bu qızlar millətin gələcəyidir, minlərlə gənc qızlarımıza ən gözəl örnəklərdəndirlər. Bu qızlar 700 bal toplayaraq ən yüksək nəticələrlə ali məktəblərə qəbul olublar.

Bu gün onları evimdə qonaq etdim. Onların uğurlarına hamının sevindiyini söylədim. Təşəkkür etdim. Xeyli söhbətləşdik...

“Siz arzularınızın, xəyallarınızın arxasınca gedə biləcək ağıla, istedada sahibsiniz və hər zaman “mütləq bacaracam” deyib, daha da çox çalışmalısınız. Çünki siz artıq millətimizin gənc qadın aydınlarısınız və bir millətin inkişafı onun qadınlarının savadından, inkişafından çox asılıdır və siz artıq gözəl örnəklər kimi fəal olmalısınız” - dedim.

Hamısı həyat dolu, böyük xəyalları var və ən əsası hamısı da yaxşı peşəkar olmaqla bərabər gözəl aydın olmaq istəyindədirlər. Qızlarımızın ata-anaları ilə də söhbət etdik, onları təbrik etdim və belə övladlar böyütdükləri üçün təşəkkür etdim. Hamısı sadə ailələrin övladlarıdır və onlarla qürur duydum. Müəllimlərini də təbrik edirəm əziz qızlarımızın. Amma iki şeyi unutmadım. Qızlarımızdan biri "biz böyük ailəyik, bir otaqlı evdə yaşayırdıq və mən dərslərimə də orada çalışırdım. Amma hər zaman mən bacaracam deyirdim” dedi. Bir qızımız da “məni məktəblərdən birinə qəbul etməmişdilər, amma 700 bal topladım və məni o məktəbdə rəsmi tədbirə dəvət etdilər. Oraya daxil olanda “ey məktəb, mən o qızam, indi buraya gəlməm üçün məni dəvət edirlər” dedim…

Hərəsinin örnək bir həyat hekayəsi var. Hamısını ayrı-ayrı yazacam. Minlərlə gənc qızlarımız qədər minlərlə ailələr üçün örnək olsun deyə. Qızlarınızın arxasında durarsınızsa, arzularına əngəl deyil, dəstək olarsınızsa, onlar çox böyük uğurlara imza ata bilər - bu qızlar kimi...

Tarix
2017.07.31 / 12:24
Müəllif
Qənirə Paşayeva
Şərhlər
Digər xəbərlər

Heydər Əliyev 44 il öncə bu tarixi yazdı

Ordumuz və xalqımız 4 gündə gücünü göstərdi

Qərb mediası: Azərbaycan Ordusunun qarşısına çıxmaq...

Azərbaycanda belə bir struktur yoxdur

Bu yoldan yalnız yolsuzlar imtina edər...

Prezident təməl atdı və düz 1 il 1 ay 1 gün sonra…

Onu səfərlərdə izlədiyim üçün xoşbəxtəm…

Prezidentin xüsusi nümayəndə ilə xüsusi söhbəti

Bir nömrəli vəzifə

Qırğızıstanla imzalanan iki önəmli sənəd...

KULT
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla