Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 İyun 2018


Azərbaycanlı alman naziri necə “çilədi”...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər gün yanından keçdiyim darvazanın 150 min manat qiyməti var. Ev yiyəsi polis rəisidir.

Aşağı məhəllədə bir ev var, qapıda 8 maşın dayanır.

Əmim bağ evindəki tualetə 80 min manat xərc çəkib.

İcra hakimi var, bir miyonluq mebel alıb evinə. Amma yaşayan yoxdur.

Ömrümün axırına qədər yeməsəm, içməsəm, yenə o evin özünü yox e, qapısını ala bilmərəm. Və dərd məni götürür: necə edim, nağayrım?

Çünki camaatın gözü onlara dikilir, “Camaaat yaşıyır e”, “Filankəslər ömür sürür, yoxsa biz...” kompleksi yaranır, insanlar adamın özünə deyil, darvazasına, maşınına salam verir, darvazaya, maşına xidmət edir, darvazaya, maşına hörmət qoyur.

Biz də adam olmaq üçün o darvaza, maşın dalınca şütüyürük.

Məndən 400 manat çox maaş alan adamın milyonlarla evi yox, o evinə qoyduğu darvaza maraqlandırır məni. İnsan, sənin 4 ailə üzvün varsa, 8 maşını neyləyirsən?

Adam, 150 minlik darvaza sənin nəyinə lazımdır?

Üç nəfərlik ailə üçün Bakının göbəyində 6 mərtəbəli, 40 otaqlı ev tikərlər? Nə olub, ay görməmiş?

Bu adamlar puldan istifadəni bacarmırlar, daha doğrusu, bu cür pinti düşüncələri ilə həyatımızı zəhərə döndəriblər.

Pula münasibətimiz dəyişib.

Beş min manatı “adam yerinə” qoymuruq, kiçik ölçülü, ekonom maşınlar demə bizi hörmətdən salırmış...

Yadıma düşmüşkən, bir əhvalatı xatırladım.

Demək, Almaniyada yaşayan bir babat azərbaycanlı, altında yekəmatorlu... nədi o, “Rənc Rover”, çıxıb şosseyə, yatıb qazın üstünə. Qabaqda ikiqapılı, balaca, maygülü bir maşın, solla gedir. “Düd-düd”, bu ikiqapılı avara yoldan çəkilmir.

Azərbaycanlı əsəbiləşməzmi? Bu “ikiqapılı maygülü” “Rənc Rover”in qabağına necə çıxa bilər ki?

“Düddüdüd” – yenə çıxmır.

“İkiqapılı maygülü” əlini pəncərədən çıxarasan, bizim bu azərbaycanlıya əl edəsən ki, yol 140-lıqdır, mən də 140-la gedirəm, nə “düdd” edirsən?

Bu jesti azərbaycanlı “rəncroverliyə” demək olarmı? Azərbaycanlı bu maygülünü çiləməzmi?

Doğrudur, düppədüz düşündünüz: gözünə döndüyüm azərbaycanlı bir az da qaza basar, lap çıxar adamın belinə və təhlükəli bir manevrlə bir ikiqapılının anasını mələdib, keçər önə - di çat arxadan, düdəmə.

Bir az gedər və bir də görər, vilayətin bütün polisi tökülüb, yolu bağlayıblar. Saxlayar maşını, dərhal 30-40 polis silah-sursatla azərbaycanlıya hücum edər və onu təpə-qapaz edib qandallayarlar.

Azərbaycanlı cayıl çaşmazmı? Nə edib axı? Hansı qanunu pozub?

“Gözlə” deyərlər, gözləyər. Az sonra “ikiqapılı düdəmə”, yanında da ləçəri gəlib çıxar. Adam maşından düşən kimi polislər farağatla salam verər. Kimmiş bu maygülü?

Almaniyanın hansısa muxtar vilayətinin daxili işlər naziri.

Vay, evin yıxılmasın...

Azərbaycanlı hardan bilsin ki, bu ikiqapı, balaca, arvad maşını sürən, əynində cins, ütülmüş qolukəsikdəki düdəmə nazir, yanındakı da xanımıdır? Azərbaycanlı təfəkkürü bunu qəbul etmir axı!..

Hər şey burdan başlanır.

Cinsdə, "ikiqapılı arvad maşını"nda gələn böyük biznesmen də, nazir də ola bilər, o adam pivəxanaya da düşə bilər, restoranda da ola bilər. Ofisiant isə bilməz qarşısındakı kimdir – o, can-başla hər müştəriyə qulluq edər.

Küçədə hamburger yeyə-yeyə gedən nazir də, parlament üzvü də ola bilər, böyük şirkətin rəhbəri də. Yəni Avropada. Ona görə də adamı darvaza ilə qiymətləndirməzlər. Və ona görə də quru maaşa baxan fəhlə də özünü adam kimi adam hesab edər.

Bizdə necədir?

Alaqapısını 100 minlik dəmirdən edib özünə başqalarından üstünlük tələb edən, sən hamımızı hörmətsiz edirsən axı, bilirsənmi?

Pulun varmı? Lap yaxşı. Necə qazanmısan – özün bilərsən, dövlətim bilər. Ancaq sən restoranda ceyran südünə (ayı dərisi də ola bilər) bir milyon ödəyib, pulu hörmətdən sala bilməzsən!

Avropada yaşayan dostlarla danışıram: ölkədə dolanmaq baxımından maaş arasında çox cüzi fərq var – o da bizim xeyirimizə. Məsələn, hamburqeri Avropanın göbəyində 32 avroya almağa məcbur olan parlamentari ilə mənim maaşım arasında yaşam şərtlərini əsas götürəndə, fərq ancaq mənim xeyirimədir. Ancaq sizlərin üzündən bu ölkədə 10 min manat maaş alsaq da, ac oğlu acıq, bunu pul saymırıq.

Siz pulu, dövləti, ölkəni hörmətdən salırsınız, yaşamımızı cəhənnəm əzabına döndərirsiniz, hamımızı maddiyyat dalınca qaçmağa məcbur edirsiniz, ömrümüzün anasını ağlar qoyursunuz.

Ayə, eşidirsinizmi məni?

"Ayə, bu gödənlə hara gedirsiniz, ayə?"

Tarix
2017.12.26 / 15:26
Müəllif
Ömər Xəyyam
Şərhlər
Загрузка...
Digər xəbərlər

Qadın sinəsində can verən Rusiya

Onların əlinə pul düşəndə...

Üz-gözü yara, nəcis yeyən bu adamlar... – Video/18+

Tereza ana Bakını görmür, yoxsa faktı bilmir?..

Akademikin qatilinin atası nə yazmışdı?

Üzr istəyirəm, gecə qonşudan qəribə səs gəldi...

Həsənquliyev: Bəzi əxlaqsız və murdar ünsürlər…

Əsirlər öz əl-ayaqlarını yeyirdilər... - Hitlerin həkimləri

Kişisizlikdən əziyyət çəkən qadınlar

Nuru Paşanın çəkisi qədər qızıla almaq istədiyi azərbaycanlı - Foto

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla