Yuxarı

Gəncədə nə baş verir: məmuru kim hədəf seçir?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan üçün inanılmaz olaylar baş verir: iyunun 3-də Mingəçevir İES-də ölkəni qaranlığa qərq edən enerji böhranı yaşanır, ardınca Gəncə icra başçısı terrora məruz qalır, həyatına sui-qəsd cəhdi edilir, daha sonra radikal ünsürlərin çağırışı səsləndirilir və iyunun 10-da iki polis zabiti hamının gözü qarşısında, gündüzün günorta çağı kəsici alətlərlə qətlə yetirilir...

Ölkəmizdə nə baş verir?

Azərbaycan 2018-ci ildə nələrə nail oldu? Cənub Qaz Dəhlizi kimi meqalayihə gerçəkləşdirildi, müstəqilliyimizin 100 illiyi böyük arenada təntənəli qeyd edildi və Azərbaycan Ordusunun dünyanın bir çox mütəxəssisini təəccübləndirən möhtəşəm paradı keçirildi.

İqtisadi-siyasi uğurları, statistikanı bir kənara qoyaq: yalnız 2017-ci il oktyabrdan – Bakı-Tiflis-Qars dəmiryol xəttinin ardınca davam etdirilən layihələr və Azərbaycanın mövqeyi, Ermənistanın darmadağın iqtisadi-siyasi mənzərəsi yönündə ölkəmizin qüdrətinin daha da artması, xüsusən Günnüt əməliyyatı, Naxçıvan istiqamətində düşmənə endirilən ağır zərbə və 2018-ci ilin uğurlarının işğaldan azad edilən torpaqla yoğurulması müstəvisində düşmənlərin aktivləşəcəyi gözlənilən idi.

Bakı bunu mükəmməl təhlil etmişdi və olayların ilk günündən də fəsadın mənbəyinə doğru getdi.

Gəncə hadisələri

Azərbaycanın müstəqillik uğrunda verdiyi mübarizə, günlərlə sovet imperiyasına qarşı apardığı dinc savaş çoxlarının yaxşı yadındadır. Azərbaycan insanı hətta “sovet milisinə” qarşı da aqressiv davranmayıb – nəinki ona əl qaldırmaq.

Azərbaycan insanı “sovet milisinə” belə vəzifəsini icra edən şəxs, əmri yerinə yetirən əsgər kimi baxıb və bunlardan da əvvəl, onlara öz balası, öz övladı kimi davranıb.

Azərbaycan insanı hətta 20 Yanvar qırğınını törədən başkəsənlər qrupunun gecə ilə ölkədən aparılıb, əvəzinə həqiqi hərbi xidmətçilərin yerləşdirilməsini müşahidə etdikdə, qarşısında həqiqi əsgər gördükdə onun işğalçı siyasəti davam etdirdiyini bilə-bilə tankının lüləsinə qərənfil keçirib, dinc mübarizədən sona qədər ayrılmayıb.

Bəlkə, səhv edirəm, amma Azərbaycanda hansısa aksiyada – hətta qanunsuz olanda belə - iştirakçıların polisə qarşı, onun ölümünə düşünülmüş surətdə qəsd edəsi hadisə yaxın tariximizdə yaşanmayıb.

Əlbəttə, toqquşmalar olub, daş-kəsək atmalar da müşahidə etmişik və bu ünvansız “daş-kəsəklər” kimisə yaralayıb, ancaq heç kəs deyə bilməz ki, hansısa etirazçı qanunsuz aksiya keçirdiyi üçün onun qarşısını kəsən polisin ölümünə səbəb olan qəsdli, düşünülmüş addım atıb!

Olmayıb belə bir hal!

İlk dəfə Gəncədə yaşandı...

Polisin qətli dəhşəti

Yəqin, çoxlarınız ötən gün qətlə yetirilən polislərimizdən birinin qətl anının yayılan görüntüsünü izləmisiniz. Polisimiz, Azərbaycan vətəndaşı, artıq ixtiyar yaşında olduğunu deyə biləcəyimiz məmur vurulub yerə yıxılandan sonra, o yerdə ikən hücum edilir və iki gənc özlərindən böyük olan vətəndaşımıza, məmurumuza bıçaqla zərbə endirir.

Zərbə anında hamı o yerdən qaçır, üz çevirir... Nəyin göstəricisidir bu?

Bu o deməkdir ki, qətl bir andaca yaranmış əsəbin, qarşılıqlı toqquşmanın təzahürü deyil, polisin aqressiyasının cavabı da deyil: bu, əvvəlcədən hazırlanmış, planlaşdırılmış və bir neçə şəxsin əli ilə həyata keçirilən qətldir.

Polis nə etdi?

Baxın, son 7 günün olaylarını özünüzdə bir təhlil edin:

Mingəçevirdə qəza – Azərbaycan polisi FHN və “Azərenerji” işçiləri ilə birgə ordadır;

Qəza səbəbindən metroda minlərlə insan qalır – FHN-in yanındadır polis;

İşıqforlar işləmir – polislər tökülür küçələrə, yol açır;

Tıxac az qala “can alır” – polis başına gün döyə-döyə yenə meydandadır;

Gəncə icra başçısına güllə atılır – yaralanan polis, prokurorluqla araşdırma aparan polis...

Asayişi pozmağa qalxırlar – yenə polis, yenə polis mundiri geyinən qardaşlarımız...

Son bir həftəni polisin gücünə, zəhmətinə, əziyyət və zülmünə sığınıb yaşamışıq: hələ “vaxtında yolu açmadı”, “daha cəld olsa, tıxacdan 5 saniyə tez çıxardım” deyib qarasına danışmışıq da...

Başlarından papağı, əyinlərindən qalın mundiri çıxarmadan, 12 saatlıq növbələri ilə bizə xidmət edən polisdir.

Bizim polisimizdir!

Hansımızınsa atası, hansımızınsa qardaşı, oğlu...

Dünən polkovnikləri qətlə yetirənlər nə düşünürdü? Yerə yıxıb tək qaldığı halda üstünə cumduqları polkovniki ölümünə vurmaq heç bir din, Allah, peyğəmbərlə pərdələnə bilməz.

Kafirmi sayırdınız imam Tahir Abbasovun polkovnik qardaşını? Ailəsində din daşıyıcısı olan və demək, imanlı bir ailədə tərbiyə alan polkovniki hansı “imanla” qətlə yetirdiniz?

Öldüyü anda belə tabel silahından sizə qarşı istifadə etməyən polis qardaşımıza nə deyib qıydınız?

***

Bu gün hamımız İlqar Balakişiyevik, Səməd Abbasovuq!

Bu gün hamımız ölkənin müstəqilliyini, suverenliyini, konstitusiya quruluşunu, siyasi sabitliyini qoruyan polisik!

Bu gün hamımız ölkəmizə xaos gətirmək istəyən, xarici kəşfiyyatın əlində oyuncağa çevrilib, öz qardaşına qıyan qatilə qarşıyıq!

Allah Vətənimizi, dövlətimizi, Azərbaycanımızı qorusun!

Allah İnsanımızı, toplumumuzu, xalqımızı qorusun!

Tarix
2018.07.11 / 14:08
Müəllif
Aynur Camalqızı
Oxunub
10 390
Şərhlər
Digər xəbərlər

Xankəndidə yaşanan mistika və Əliyevin eyhamı...

Bu gün Xankəndi Paradına Onlar da qatılacaq…

“Xocalı alınsın...” Niyə belə qarğımışdın, Qənirə?

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd artıq bizdədir!

Prezident nöqtə qoydu: Xankəndi də, Xocalı da…

Mehriban xanımın Laçında dediyi bu söz...

Ad gününü Laçın Gününə qatan Xanım…

Rasim Balayev nəyi “səhv” etdi ki…

Əliyevi əcnəbi jurnalistlərə sevdirən səbəb…

İlham Əliyev bu günü yaddaşımızdan sildi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla