Yuxarı

Qızlarımızın Türkiyədə zorlanan analığı

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni ilə yeni müsbət əhval-ruhiyyə ilə başlamaq istəsək də, Türkiyədən gələn xəbər arxamızca gələn bəlalardan uzaqlaşmadığımızı göstərdi: Türkiyənin Burdur əyalətində 24 yaşlı azərbaycanlı qadın mübahisə etdiyi sevgilisi tərəfindən 55 bıçaq zərbəsiylə öldürülüb.

Son illərdə qardaş ölkədən xanımlarımızla bağlı yalnız bu cür başlıqları mediadan oxuyuruq:

Türkiyədə 150 lirə qarşılığında kişilərlə görüşən azərbaycanlı fahişələr tutuldu

Türkiyədə fahişəliklə məşğul olan azərbaycanlı qadınlar deportasiya edildi

Türkiyədə bardan çıxan azərbaycanlı qadın vəhşicəsinə öldürüldü

Türkiyəli iş adamını şantaj edən azərbaycanlı qadın həbs edildi

Türkiyədə azərbaycanlı qadın güllələndi

Dənizli bölgəsində azərbaycanlı qadın sevgilisi tərəfindən döyülərək qətlə yetirildi və s.

Bu proses dünən başlamayıb. Hələ illər öncə azərbaycanlı qadınların sorağı Dubaydan gəlməyə başlamışdı. Lakin haşiyə çıxım ki, bütün dünyanın "terrorçu" kimi tanıdığı ərəblər Dubaydakı qadınlarımızı öldürmürdü. Hər halda Dubaydan cəsədi gələn azərbaycanlı qadınlar haqda mətbuatda xəbər tapmaq olmur.

Təəssüf ki, bu başlıqların şamil oluna biləcəyi Dubay, Rusiya, Gürcüstan kimi başqa ölkələr də var.

Xanımlarımızın qardaş ölkənin timsalında xarici ölkələrdəki bu cür fəaliyyəti ailə dəyərlərinin, ənənələrin, milli dəyərlərin süqutunun göstəricisidir. Əlbəttə, bunun anonimlik faktoru ilə də birbaşa əlaqəsi var. Psixoloqların rəyinə görə, ailəsi, tanışı, qohumu olmayan ölkələrdə yaşayan insanların çoxu adətən milli mənsubiyyət, əxlaq çərçivələrindən özlərini azad edir.

Pulun əsas meyara çevrildiyi bir dövrdə bütün müqəddəs məfhumlar tapdalanır, daxildəki mənəvi əyləclər aradan qalxır.

Azadlığı və müasirliyi etik normalar formalaşdırır. Düzgün qavranmayan azadlıq məfhumu isə özü ilə bərabər bəlalar gətirir. Azadlığın özbaşınalıq olmadığını qavraya bilməyən kəslər aid olduqları cəmiyyətin bütün dəyərlərini ayaqlar altına atır. Bu isə sonda sözügedən fərdlərin şəxsi faciəsinə çevrilir.

ABŞ və Avropa ərəb ölkələrinə bombalarla gətirdiyi “demokratiya” kimi Şərqə də mənəvi bombalar yağdıraraq “müasirlik” gətirdi. Artıq uzun illərdir ki, qadınlara kişilərlə bərabər hüquqlar sunan, feminizmi müdafiə edən Avropa qadınları şəhvət obyekti kimi aşağılamaqdadır. Bütün filmlər, kliplər, reklamlar qadın baldırları, qadın sinəsi, çılpaq qadın bədənini tərənnüm edir.

Qadının həyatdakı misiyası nə vaxtdan seks predmeti olmaqdır? Nə vaxtdan kişilərin ağlını başından almaq müqəddəs analıq missiyasının önünə keçib?

Sonuncu dəfə hansı izlədiyimiz film və ya klipdə qadın hüquqları olan, ayaqlarının üzərində duran, övladları üçün yaşayan bir obraz kimi təqdim olunub bizə?

Kişilər silahlar düzəldib torpaqlar fəth edə, kosmik gəmi düzəldib onunla Aya ayaq basa, süni intellekt yarada bilər. Amma onlar dünyaya həyat verə, yeni bir can gətirə bilməz. Bu qədər böyük bir missiyanın daşıyıcısı olan qadının son dönəmlərdə kiminsə xoşuna gəlmək, müasir görünmək, seksual hesab olunmaq üçün dodaq gelinə, sinə silikonuna, qaş tatuajına ehtiyac duyması və yalnız bunlarla gündəmə gəlməsi ironik deyilmi?

Qloballaşma dövrünün ən böyük fəsadlarından biri cəmiyyətləri dəyərlərindən uzaqlaşdıraraq manqurtlaşdırmaq siyasətidir. Çünki ənənəsi, milli dəyərləri, bağları olan insanları istədiyin kimi idarə etmək asan iş deyil.

Bütün dünya televiziyaları bizə bir şeyi aşılayır: əgər məşhur, varlı və uğurlu qadın olmaq istəyirsənsə, rəqqasə, müğənni, aktrisa, ən pis halda, prodüser olmalısan. Bu gəncliyə örnək olan şəxslər isə bir müddət sonra insan alverində mühakimə olunurlar…

Biz Azərbaycan qadınları olaraq bundan daha artığına qadirik. Biz Türkiyədə sevgilisi tərəfindən bıçaqlanmağa layiq deyilik. Biz “Yahşi cazibe” filmindəki yaşayış icazəsi ala bilmək üçün saxta nikaha girən azərbaycanlı qadın obrazı olmamalıyıq.

Saqqalı ilə özünü Məhəmməd peyğəmbərə bənzədən gənclərimiz onun “Cənnət anaların ayaqları altındadır” kəlamını unutmamalıdır. Cənnətin ayaqları altında olacağı analar bu gün siz gənclərlə eyni sinifdə oxuyan, eyni avtobusda gedən, eyni məhəllədə yaşayan qızlardır. Bu qadınları ucuz tutmaq, dəyərsizləşdirmək mənəvi böhranımızın əsasını qoyur.

Qadının öz dəyərini itirməsi cəmiyyətin ən böyük faciəsidir. Artıq ictimai qınaq institutunu bərpa etməyin vaxtı yetişib…

***

…Əxlaqsızlıq, fahişəlik hər cəmiyyətdə var. Lakin bunun bu qədər açıq bir müstəviyə keçməsi Azərbaycan üçün yenilikdir. Və, deyəsən, bizim qadınlar bunu heç bacarmır da. Bu tipli azərbaycanlı qadınların xarici görünüşünə baxan kimi onun haqda müəyyən fikir irəli sürmək olur. Onlar necə davranmalı, necə geyinməli olduqlarını belə bilmirlər. Bəlkə də ölüm səbəbləri də məhz budur.

Azadlıq, müasirlik, sərbəstlik axtarışında gəncliyinizi, gözəlliyinizi, gələcək ailə həyatınızı, analıq məsumiyyətinizi, mənsub olduğunuz cəmiyyətin adını ləkələməyin.

Unutmayın, siz ən yaxşı halda Almaz, Sevil ola bilərsiniz, Kim Kardaşyan ola bilmək üçün erməni doğulmaq lazımdır.

Tarix
2019.01.04 / 16:03
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin xidmətləri qiymətləndirilmir

ABŞ eksperti: Zəngəzur – İƏT-in ən strateji layihəsidir

İrəvan Zəngəzur dəhlizindən buna görə qorxur - Video

Markov: Qarabağda İrəvanın işğal etdiyi 3 növ ərazi vardı

Soçidə 3 əsas məsələ gündəmdə olacaq - Markov

Soçi görüşündən gözləntim budur – Krutakov

Terrorizm ermənilərin mentalitetindədir – İsrail eksperti

Putin İrəvana təzyiq etməlidir - Pakistanlı analitik

İrəvan nə təxribata, nə də terrora son qoyacaq - Sıtin

Putin Bakıya münasibətini rəsmən bəyan etdi - Korıbko

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla