Yuxarı

Terrorizm ermənilərin mentalitetindədir – İsrail eksperti

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Terrorizm ermənilərin mentalitetindədir – İsrail eksperti

Mina xəritələrinin verilməsindən imtina beynəlxalq hüquqda terrorizmə bərabərdir. Çünki müharibədən sonra insanların ölümünə səbəb olmaq elə terrorla eyni şeydir. Ermənistanın etdiyi də budur.

Bu sözləri Axar.az-a beynəlxalq siyasət və hüquq üzrə israilli mütəxəssis Mixail Finkel rəsmi İrəvanın Azərbaycana minalanmış ərazilərin xəritələrini verməməsi və yaxud yalnız 25 faiz dəqiq olan xəritələrin təqdim edilməsi haqda danışarkən deyib.

Ekspert tezliklə Azərbaycanın mina sahələrinin xəritələrinə ehtiyac duymayacağı texnologiyalara sahib olacağını proqnozlaşdırır:

“O zaman artıq Azərbaycan bu məsələni özü həll edəcək, minaların təmizlənməsi üçün Ermənistanın köməyinə ehtiyac qalmayacaq. Şübhəsiz ki, Ermənistan xəritələri verməməklə ən yaxşı şərtlərlə sövdələşməyə çalışır. Onun üçün bu minalarda hərbi, yoxsa mülki şəxsin həyatını itirməsinin heç bir önəmi yoxdur. Ermənistanın bununla Ottova konvensiyasını pozması da onu narahat etmir, İrəvan heç bu konvensiyaya imza atmır. Bu konvensiyaya əsasən müharibə başa çatdıqdan sonra insan itkisinin qarşısının alınması məqsədilə iki döyüşən tərəf bir-birlərinə minalanmış ərazilərin xəritələrini təqdim etməyə borcludur”.

Finkelin fikrincə, rəsmi İrəvanın xəritələri Azərbaycana verməməklə güzəştlərə sahib olmağı düşünür:

“Görünür, Ermənistan bununla gələcəkdə kommersiya, biznes və digər sahələrdə güzəştlərə nail olmağı umur. Və ya onlar xəritələri verməməklə sadəcə əclaflıq etməyə çalışır. Çünki terrorçuluq qarşı tərəfin mentalitetindədir, onlar praqmatik, rasional yanaşmadan məhrumdurlar. Bu yanaşma da terrorçu bir cəmiyyətin yanaşmasıdır. Erməni siyasi ictimaiyyəti daxilində müxtəlif mərkəzdənqaçma qüvvələri var. Onlar revanşistlərdir və müharibədən danışırlar”, – deyə ekspert bildirib.

Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə 2020-ci il noyabrın 10-dan cari il noyabrın 22-dək minaya düşmələri nəticəsində əsasən mülki şəxslər olmaqla 180-ə yaxın şəxs həlak olub və ya yaralanıb.

Tarix
2021.11.24 / 08:30
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Yanğında həlak olan azyaşlı vəkilin qızı imiş

Ölkədə breketə görə əsgərlikdən möhlət verilir? - Rəsmi

4 gəncin öldüyü “Lake Hotel”dən yeni xəbər var

"Forbes" İranın gücündən yazdı: Siyahıda Azərbaycan da var

Azərbaycan Türkiyə və Avstraliyanı bunun üçün təbrik etdi

Gültəkin Hacıbəylinin Mehdiyev sevgisi: Gizli oyunlar...

1 milyona ev, 440 minə cip - Rektorun milyonluq xərci

Göyçayda məzar daşı: Türkiyə səfirliyi hərəkətə keçdi - Foto

Ermənistan nümayəndələri Hikmət Hacıyevlə görüşdü - Foto

Ramiz Mehdiyevin səhhəti pisləşdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla