Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
25 Avqust 2019


O, sabah savaş çağırışı etsə...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada gedən prosesləri izləmək, ayrı-ayrı dövlət adamı və ölkə rəhbərinin addımlarını təhlil etmək və ya ekspertlərin bu mövzuda təhlil və analizlərini yaymaq, liderlərin informasiya və təbliğat siyasətini müşahidə etmək bizim gündəlik iş rejimimizdir. Ona görə seçki texnologiyaları, PR mütəxəssislərinin xüsusi peşəkarlıqla hazırladığı situasiyaları, dialoqlar və jestləri həqiqi, eyni zamanda səmimi anlardan ayırmaq vərdişimiz yaranıb.

Onu da gözəl bilirik ki, liderlərin PR menecerləri və seçki texnoloqları adətən seçki ilində aktivləşirlər və bir-birinin ardınca fərqli ssenarilər qururlar.

2019 Azərbaycanda seçki ili deyil, prezident seçkiləri 2018-ci ildə keçirilib və İlham Əliyev böyük səs fərqi ilə rəqiblərinə qalib gələrək, prezident seçilib. Konstitusiya dəyişikliyi əsasında 7 illik olan prezidentlik dönəmi 2025-ci ildə tamamlanır. Başqa sözlə, İlham Əliyev yeni prezidentlik müddətinin 10 ayını yenicə tamamlayıb.

Üstəlik, ölkədə tam bir sabitlik, iqtisadi inkişaf var: ölkə müxalifəti sıfırın altındadır, narazı kəsim əhalinin hətta bir faizini belə təşkil etmir; müxalifətin öz sözünə və şişirdilmiş rəqəminə istinad etsək belə son mitinqə 10 min civarında insanın çıxdığını görə bilərik. Seçki texnoloqları açıq etiraz bildirənlərin ümumilikdə narazı kəsimin 20-30 faizi olduğunu iddia edirlər. Bu hesabla bütövlükdə hazırkı iqtidarın siyasətindən narazı olan seçicilərin sayı 50 mini aşmır ki, bu da ümumilikdə 5 milyon 400 min seçicisi olan Azərbaycan üçün 1 faizdən də aşağı rəqəmdir.

Hətta ən inkişaf etmiş ölkələrin iqtidarının heç vaxt nail olmadığı ideal mənzərədir.

Demək, hakimiyyətin seçki texnoloqlarının aktivləşməsi üçün heç bir səbəb yoxdur.

Amma biz nə müşahidə edirik?

Prezident İlham Əliyev 2019-cu ilə tamamilə fərqli və ideal nümunələrlə başlayıb. Əlbəttə, biz bu addımları İlham Əliyevin prezidentliyinin ilk illərindən müşahidə etmişik. Ancaq etiraf edək ki, bu qədər fərqli yanaşma və bu qədər İLKlərin ard-arda düzülməsi İLK dəfədir. Çevik, çoxşaxəli və genişhəcmli addımlar o qədər sürətlidir ki, hətta peşəkar media mənsubları belə heç vaxt rastlaşmadıqları bu mənzərəni təqib edib çatdırmaqda çətinlik çəkirlər.

Prezidentin şəhid valideynləri ilə görüşü 28 yanvara təsadüf edirdi. Əlbəttə, bunu siyasi opponentlər bir müddət əvvəl şəhid varislərinə Prezidentin birdəfəlik yardım ayırmasından dolayı bəzi vərəsələrin kənarda qalması və onların vaxtaşırı müraciətindən doğan zəruri görüş kimi dəyərləndirə bilər. Ancaq şəhid atasına Prezidentin öz əli ilə su verməsi, şəhid anasını ayağa qalxmağa qoymadan özü onun ayağına getməsi, şəhid valideynləri ilə qeyri-adi dərəcədə səmimi, sayğı və sevgi dolu bir görüşü heç bir opponent harasa yoza, heç bir texnoloq “seçki təbliğatının” ayağına yaza bilməz.

Prezidentin bütün şəhid varislərini bu siyahıya əlavə etməsi isə ümumiyyətlə, müstəsna bir jest oldu.

Bu görüşdən cəmi iki gün sonra – 1 fevralda Gənclər Günü ilə bağlı həm də Qarabağ qaziləri ilə görüşü Prezident İlham Əliyevin şəhid və qazilərə yanaşmasının, dolayısı ilə Qarabağa münasibətinin bir daha açıq ifadəsi kimi yaddaşlara köçdü.

Əlbəttə, bu görüş, qazilərin mükafatlandırılması Prezidentin milli məsələlərdə tutduğu və hamıya bəlli olan prinsipial mövqeyinin ifadəsi kimi adət etdiyimiz haldır. Ancaq Prezidentin əlil qazimizə mükafatı vermək üçün onun yanına enməsi tamamilə fərqli bir mənzərə yaradırdı.

Daha sonra Prezidentin 5-6 fevral zəlzələsindən zərər çəkən evlərə baxış üçün Şamaxıya səfəri və 92 yaşlı ağbirçək Saray ananın əlini öpməsi Azərbaycan Prezidentinin bir insan kimi xarakterinin ifadəsində hamımızın qürurlandığı və bir az da duyğulandığı elə bir zirvədir ki, onu hətta siyasi texnoloqlar xəyal belə edə bilməz.

Daha sonra: Ölkədə aparılan iqtisadi islahatlar nəticəsində büdcədə artım yaranır, iqtisadiyyatla bağlı komanda üzvləri bunu investisiya şəklində yatırmağı təkli edir, Prezident isə qəti qərarını verir, 12 ildə ilk dəfə olaraq yaşayış minimumunun rəsmi dəyəri ilə minimum əməkhaqqının məbləği bərabərləşdirilir. Bu, birdən-birə 35%-dən də çox artım və büdcəyə illik 400 milyon manat dəyərində yük deməkdir.

Bunun ardınca: Prezident Beyləqana gedir, N saylı hərbi hissədə əsgərlərlə görüşür, nahar vaxtı onlarla bir masada əyləşərək yemək yeyir. Sonra əhali ilə görüşür və heyrətamiz bir ortam yaranır; o qədər ki, Prezident əhali ilə birgə “Azərbaycanım” mahnısını oxuyur.

Dialoq və bu dialoq mediada dərc edilənədək imzalanan sərəncam isə sözün həqiqi mənasında izləyənləri şoka salır. Əhali ilə görüşü zamanı sakinlərdən nə istədiklərini soruşur Prezident. Sakinlərdən biri “Dünyamalılar kəndində yeni məktəbə ehtiyacımız var” deyir.

Prezident söz verir ki, məktəb yeni dərs ilinə hazır olacaq. Bu dialoq mediada yayılana qədər artıq Prezidentin sərəncamı dərc olunur: Dünyamalılar kəndində 624 yerlik məktəbin tikintisi üçün Təhsil Nazirliyinə Prezidentin ehtiyat fondundan ilkin olaraq 2 milyon manat vəsait ayrılır.

Köhnə olduğu və istismar müddəti başa çatdığı üçün yeni mənzil xahiş edən ananın istəyini də Prezident dərhal yerinə yetirir: yeni tikiləcək binadan ona ev ayrılması üçün göstəriş verir! Prezident həmin gün digər sərəncamı ilə Beyləqanda istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün vəsait ayırır.

Prezidentin ilkləri sırasında əlbəttə, yerli televiziyaya – Real TV-yə müsahibəsi və bu müsahibədə ortaya qoyduğu mövqe, tezis və strategiya da çox önəmlidir.

...Bu saydıqlarımız təxminən 15 gün ərzində Prezidentin atdığı addımların cüzi bir hissəsidir, ancaq Azərbaycan xalqının hər bir fərdinin baxışında inqilab edən olaylardır.

Bir daha nəyin şahidi olduq:

Şahidi olduq ki, Prezident verdiyi sözü nəinki tutur, hətta verdiyi sözlə onun icrası arasında saniyələr, dəqiqələr dayanır;

Şahidi olduq ki, Prezident Azərbaycanın milli-mənəvi dəyərlərini öz timsalında qoruyan, yaşadan və təbliğ edən bir şəxsdir. Şəhid ailəsinə münasibət, ağbirçək və ağsaqqala necə yanaşmaq lazım olduğunu Prezident öz timsalında göstərir, hamıya nümunə olur. Prezidentin bu addımları təkcə öz komandasına yox, hamıya, hər kəsə örnəkdir - ağsaqqal-ağbirçək görəndə metro və marşrutlarda ayağa durmağa “çətinlik çəkən” gənclərdən tutmuş bürokratiyadan hələ də əl çəkməyən məmura qədər.

Şahidi olduq ki, Prezident dünyada heç bir liderin olmadığı qədər səmimidir, bizimdir, bütün düşüncəsi və fəaliyyəti ilə xalqındır, bu xalqın övladıdır və Tanrının bu xalqa lütfüdür!

Şahidi olduq ki...

Yalnız 15 gün müddətində şahidi olduqlarımızı və bir daha gördüklərimizi sadalamaq üçün daha böyük zaman tələb olunur. Bu səmimiliyə, bu ucalığa Mehriban xanım Əliyeva o qədər incə və lakonik ümumiləşdirmə edib ki!.. “İnsanların böyük sevgisi Prezidentimiz üçün ən yaxşı güc mənbəyidir!” – dedi Mehriban xanım və sevginin qarşılığı müqabilində təşəkkür etdi.

Prezidentindən daim sevgi görən xalq onu sevgiyə, alqışa qərq edər, onun üçün canını fəda edər!

Prezidentimiz buna görə güclüdür və ona görə İlham Əliyev heç bir alternativ tanımır, alternativi yoxdur və yaxın perspektivdə olmayacaq da!

Biz 90-ları yaşayan nəsilik və bilirik ki, dövlət başçısının Qarabağ çağırışından qaçanların sayı nə qədər idi – çünki rəhbərə inanmırdılar...

Bu inamsızlığa Ulu öndər Heydər Əliyev son qoydu – 93-cü ildə bir çağırışı ilə onminlər cəbhəyə yollandı və erməni-rus işğalının qarşısı alındı.

Bu sevginin məntiqi nəticəsi odur ki, sabah Ali Baş Komandan savaş çağırışı edərsə, artıq milyonlar sıraya düzüləcək!

Tarix
2019.02.14 / 14:56
Müəllif
Aynur Camalqızı
Oxunub
11 374
Şərhlər
Digər xəbərlər

Prezidentlə şəkil çəkdirən bu adam kimdir?

Elçibəy onu niyə gizlədirdi?

Şuşaya güllə atan azərbaycanlılar...

Lotu Quli Əli İnsanov haqda qərar verməlidir…

Əgər bunu Mehriban xanım bilsə...

Afaq Məsud niyə öz işi ilə məşğul olmur?

Aldığım zərbədən üzüm ağrıyırdı...

Bakıya hücum edənlərin milyardlıq hədəfi - Detallar

Rüstəm bəy öz "gələcəyini" elan etdi...

Şərə qarşı döyüşən adam

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla