Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
25 Avqust 2019


Mən o gənci içimdə gizlədim...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaşadıq, yaşlandıq. Savaşlar, qələbələr, məğlubiyyətlər, itkilər, zindanlar, dostluqlar, düşmənliklər, xəyanətlər, ağrılar, sevinclər gördük. Ömrümün 31 ilini siyasətə, 30 ilini mətbuata - "Yeni Müsavat"a xərclədim.

Bütün sərmayələrim ömrümdən oldu. Dividentlərimi əlahəzrət Tarix ödəyəcək, hər halda...

Övladlarımı vətən, Vətəni Anam kimi sevdim. Dostluqlara və Sözə sadiq oldum! Savaşdan və Düşməndən qorxmadım. Fırtınalı, enişli-yoxuşlu bir həyat yaşadım; ya da o "Həyat" dediyim məni yaşadı, yaşayır...

Allaha inandım, bəndəni sevdim. Erməniyə güllə, rusa yumruq sıxdım...

Azadlıq Meydanında 17 gün, Vətənin türmələrində 17 ay yatdım...

Şükrançıyam!

Bir də, bitməyən "Yeni Müsavat" sevdası - missiyası var! Milli Hərəkatın böyük və bugünlərə qədər bölünmədən, dağılmadan salamat qalan tək layihəsi. Məni hər yerə aparan da Odur!

Ötən illərdən qalma fotolardan boylanan qarasaqqal bir gənc var. İnadcıl, savaşçı, qorxusuz.

23 yaşında bir qəzet qurdu, həm də bir partiya; 53 yaşında bu sətirləri yazdı. Amma çox sözləri yazmadı... Müdrikləşib, çünki gələcəyə planı və ümidləri var...

Mən o gənci içimdə gizlədim, çox da uzaqda deyil.

Siyasətin daş dövrüdü, hərənin əlində bir daşlı kəltən var; qoruyum, dedim, onun GƏLƏCƏYİ gələnə qədər mənə, ağsaqqala əmanətdi...

Dünya bir dəyirman daşıdı.

Dəyirman daşı fırlanır...

Tarix
2019.07.23 / 15:10
Müəllif
Rauf Arifoğlu
Şərhlər
Digər xəbərlər

Azərbaycanda "Ağ inqilab" gedir

Qəzetlərə ''olma'' deyən Odur! Bəs biz nə edək...

O, mükəmməl, çoxtərəfli ziyalıdır

Biz döyüşdən yoğrulduq, onlar söyüşdən...

Müsavat oyunu pozdu

Xədicə İsmayıldan üzr istəyirəm

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla