Yuxarı

Azərbaycan bankını talayan Səddam...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün mediada azərbaycanlı Səddamın inanılmaz cinayəti ilə bağlı bir xəbər yayıldı. Demək, Səddam Nəzərli adlı biri ayrı-ayı şəxslərə məxsus bank kartlarından (ümumilikdə 124 kartdan) ümumilikdə 39 min manat pul çıxarıb və bundan nə bank, nə də hüquq-mühafizə orqanları xəbərdar olub.

Səddam da cinayətinin üstünün açılmamasından narahat olub və özünü ələ verib. Hətta banka zəng edərək, kart sistemindəki boşluğun aradan qaldırılması gərəkdiyini deyib.

Təxminən bunu deyib: pulları yavaş-yavaş çəkirəm, hara baxırsız siz?!

Dünyada bənzər hallar tez-tez təkrarlanır. İstər böyük şirkətlərə haker hücumlarının, istərsə də bank kartlarından pul oğurlanmasının şahidi oluruq.

Adətən bu cür əməllərlə tutulan şəxsləri həmin şirkətlər və banklar zamin duraraq, işə götürür. Bəli, məhz işə götürür! Hətta belə şəxslərə külli miqdarda pul ödəyir, onu bankın sistemindəki zəif yerləri araşdırmağa dəvət edir.

Bənzər hal Feysbuk və Əpl şirkətlərində də baş verib və sistemə hücum edən şəxslər şirkət tərəfindən himayəyə götürülüb, onların təhsilini artırmasına sərmayə qoyulub, işlə təmin edilib.

Məqsəd bu cür kadrları – istedadları – qorumaq, sistemi inkişaf etdirməkdir.

Amma bizdə məsələyə yanaşma tamamilə fərqlidir. Nəinki “başı işləyən” birindən faydalı olacağı sahədə istifadə edərək fayda götürmək, əksinə, günahkar olmadığı məsələlərdə də ittihamların sayını artıraraq, hər vəchlə “içəri basmağa” çalışırlar.

Məhbusluq həyatı yaşayan insanın azadlığa çıxdıqdan sonra cəmiyyət içərisində nüfuz qazanması və iş tapmasının nə qədər çətin olduğu hamımıza məlumdur. Bizim cəmiyyətdə formalaşan bu münasibətə görə bəlkə də ehtiyac və ya bir anlıq səhvin qurbanı olmuş şəxslər içəri düşdükdən sonra cinayətkara çevrilirlər, nəinki islah olunurlar.

Hətta bizə lazım olmayan məsələlərdə belə Qərbi nümunə götürdüyümüz halda niyə islahedici bir addımın atılması üçün onlara oxşamayaq? Bəlkə doğrudan da o adam mütəxəssis kimi işə cəlb olunsa, daha faydalı olacaq?

Hətta bir bank eksperti ilə bu mövzuda söhbət apardım. Mənə dedi ki, nə bilirsən bu quldurluğu edən adam yenə eyni addımı atmayacaq? Təkcə həmin ekspertin yox, çoxlarının məsələyə münasibəti eynidir.

Səddam Nəzərlinin məhkəmə prosesində verdiyi ifadə ilə tanış olduqdan sonra əminliklə demək olar ki, o, təbiəti etibarilə cinayətkar deyil, ağıllı, vicdanlı adamdır. İstəsəydi, külli miqdarda pul götürüb, ölkədən gedə də bilərdi; istəsəydi, bankı və polisi xəbərdar etməzdi!

Amma o, yalnız 39 min manat götürüb! İşin üstünün açılmadığını gördükdə isə bankı xəbərdar edib ki, boşluqları bağlayın, oğurluq etmişəm, xəbəriniz yoxdur!

Məsələyə digər aspektdən də baxmaq olar! Səddam bunu edibsə, kim təminat verir ki, Səddam kimi digərləri bu üsuldan istifadə etməyib və bank da bu vaxta qədər onlardan heç xəbər də tutmayıb. Səddamın xəbərdarlığı sayəsində indi həmin bank o boşluğu aradan qaldırıb və bundan sonra kimsə o zəif nöqtədən istifadə edə bilməyəcək. Beləliklə, Səddam 39 min manat müqabilində banka böyük bir dəstək vermiş olub, bəlkə də soyulmaqdan xilas edib axı!

Səddamın darmadağın etdiyi o zəif proqram üçün bank rəhbərliyi nə qədər pul ödəyib? Neçə milyon xərcləyib o proqramı qurmaq üçün? Hazırda nə qədər xərcləyir ki, proqramın yenilənməyini təmin etsin?

Bütün bunlar axı 39 min manatdan qat-qat çoxdur. Bəs, belədə Səddama niyə sahib çıxmır?

Tarix
2019.10.05 / 12:37
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Ordumuzun zəfəri: 6 il öncə nələr baş vermişdi?

Dünyanın gedişatını dəyişən azərbaycanlı - 10 fakt

General Həzi Aslanov necə qətlə yetirilib... - Erməni izi

Bakıda karantində saxlanılan tələbənin atası virusdan öldü

Türkiyə zəlzələ hesabatını yaydı: 7 min bina zərər görüb

Aralıq dənizində zəlzələ

Koronavirusa görə saxlanılan gəmi ilə bağlı - Yeni xəbər

O qüvvələr xaos yaratmağa çalışır – Naqif Həmzəyev

Türkiyə bayrağını cırdı – Çavuşoğludan cavab

Qəzada ölən Kobi həyat yoldaşı ilə razılaşıbmış - İlk açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla