Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
17 Yanvar 2020


MM yararsızdır? Bu nə hoqqabazlıqdır?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis konkret səbəblər göstərərək buraxılır, qaragüruhun sosial şəbəkələrdəki təmsilçiləri onun bütün fəaliyyətini bir heç hesab edir və cəmiyyətə parlamentin yararsız olduğunu və buna görə də buraxıldığını aşılayırlar. Baxmayaraq ki, bu parlamentdə dövlətin fəaliyyətinin əsas istiqamətlərini tənzimləyən onlarla qanun qəbul edilib.

Prezident bu Məclisdə and içib. Parlamentin 100 illiyini məhz bu Milli Məclis yaşayaraq tarixə qovuşub. Sosial şəbəkə qeyri-ciddiləri öz aləmlərində guya Prezidentə islahatçılıq köməyi göstərir. Amma bu bir ayı xidmətidir. Əslində onlar dövlət başçısının imzaladığı və parlamentin iştirakıyla həyata vəsiqə qazanan neçə-neçə iradi addımlarını şübhə altına alırlar. Elə bu ilin özündə Prezidentin sosial islahatlarının qanuni bazasının hazırlanmasında Milli Məclisin gördüyü nə qədər iş var. Prezident bütün bunları öz çıxışlarında dəfələrlə etiraf edib, qiymətləndirib. Və əgər indi hakim partiya daha çevik və daha effektiv parlament uğrunda çağırış edibsə və bunu Prezident də razılıqla qarşılayıbsa, nə hoqqabazlıqdı belə?

Bu Milli Məclis yaxşı parlament olub. Amma daha yaxşı gələcək üçün daha yaxşı parlamentə ehtiyac varsa, fürsətcillik edib millət vəkillərinin bütöv bir fəaliyyət mövsümünü etibarsız saymaq ədalətisizlik və dövlətə, dövlətçiliyə zərbə vurmaqdır.

Sosial şəbəkələrdə artıq neçənci dəfədir ki, qeyd etdiyim bir tendensiyadan da danışmalıyam. Guya müstəqil, guya abırlı görünmək istəyən kəslər, bir çox kütləvi informasiya vasitələrinin nümayəndələri, məsələn, Ata Abdullayevin üzərinə gedir, onu lağa qoyur, istehza edir, guya ona yuxarıdan aşağı baxırlar. Əslində isə onlar Ata Abldullayevin üzərinə getməklə, Orduxan, Tural Sadiqli, Osmanqızı, Qənimət Zahid, Qurban Məmmədovun yanında dayanırlar. Və onlardan heç nəylə fərqlənmirlər. Əksinə, onlardan da qat-qat aşağı qatda olduqlarını sübut edirlər. Bütün bunlar ondan xəbər verir ki, sosial şəbəkələr bir sıra hallarda sadəcə şantaj məqsədilə istifadə edilir. Dövlətə şantaj vasitəsi tək! Şəhid övladı olmayan şəhid kimi təqdim olunur, erməni olmayan özünü erməni kimi qələmə verərək guya zarafat edir, amma paylaşımların altında dövlət və onun ayrı-ayrı təmsilçiləri ən pis şəkildə təhqir edilir. Milli qəhərəmanların adı altında spekulyasiyalara yol verilir. Və nəticədə postislahat dövrünün təfəkkürünün ən yaxın tariximizdə baş verənləri dürüst qiymətləndirməyə, Prezidentə, dövlətə münasibətdə öz mövqeyini dəqiqləşdirməyə kömək edəcəyini güman edənlər bir sıra hallarda yanılırlar.

Tarix
2019.12.08 / 22:24
Müəllif
Mir Şahin
Şərhlər
Digər xəbərlər

Bu milyarderə fikir verməyin, nar giləsidir…

Mir Şahin: PA-nın ictimai-siyasi şöbəsinin ləğvi... – Video

Mir Şahinin mitinq şərhi - Video

Cəbhəçi qadının Əli Kərimli haqda şok sözləri - Video

Abbasovun məşhur çıxışı: Kimlər rus KQB-sinə işləyir? - Video

Sərdar gərək çirkli əlini ora sürtməsin...

Mir Şahin Gəncə teraktı ilə bağlı şok video yaydı

Mir Şahin: Bu yalançı və boşboğazlar... - Video

Hakimiyyət daxilində intriqa yaradanlar... - Video

Əli Kərimlinin etirafları yayıldı - Video

KULT
<>
Xəbər xətti
 
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla