1805-ci il.
Rusiya özünün cənub sərhədlərini
genişləndirməyə başlayır. Gürcüstan, Qazax, Şəmşəddil, Gəncə
bölgələri tam olaraq imperiyanın nəzarətinə keçir. İranla aparılan
böyük münaqişədən qalib çıxmaqdan ötrü Rusiya Azərbaycanda olan
digər xanlıqları öz ərazisinə birləşdirmək istəyir.
Nəticədə həmin dövrdə Qafqazın ən güclülərindən biri olan
Qarabağ xanı İbrahimxəlil Sankt-Peterburqun elçilərini qəbul edir.
İran ordusunun zərbəsini dadan xan qısa zaman çərçivəsində ruslarla
Kürəkçay müqaviləsini imzalayır. Rusiyadan kifayət qədər imtiyaz
alan xan öz sarayında sakit həyat sürməyə davam edir. Lakin bu,
uzun çəkmir. Qısa müddət ərzində İbrahimxəlil xan ailəsi ilə
birlikdə gülləbaran edilir. Xana qarşı sui-qəsddən canını qurtara
bilənlər İrana qaçır. Az sonra isə imperiya buraya ermənilərin
Anadolu və İrandan köçünə start verir. Beləliklə, Qarabağın
tamamilə ələ keçirilməsinə start verilir.
Böyük xəyanət
1920-ci il. Azərbaycan Xalq Cümhuriyyəti artıq
son günlərini yaşayır. Ölkənin şimalında özünü SSRİ adı altında
bərpa etmiş rus imperiyası yenidən cənuba doğru sərhədlərini
genişləndirir. Azərbaycanın daxilində bolşeviklər, daşnaklar
qızışdırılır. Bakıdakı hökumətə həddən artıq təzyiq edilir.
Moskvadan Çiçerinin teleqramları AXC hökumətinə göndərilir. Qısa
zaman çərçivəsində ölkənin cənub-qərbi yenidən hədəfə alınır.
Qarabağdakı daşnaklar fəallaşdırılır. Moskvanın göndərdiyi maliyyə,
silah erməniləri daha da aktivləşdirir. Bakı qoşunlarının əksər
hissəsini Qarabağa göndərir. Nəticədə şimal sərhədlərimiz boşalır.
XI Qırmızı ordu artıq AXC-nin şimal sərhədlərinə yaxınlaşır. Bakı
çarəsiz qalır.
Azərbaycanda Sovet hakimiyyəti qurulur. Tezliklə Azərbaycanın
bağrından Zəngəzur mahalı (Zəngəzur, Qafan, Meğri) qoparılaraq
Ermənistana verilir. 3 il sonra isə Qarabağa muxtar vilayət statusu
şamil edilir. Azərbaycana bu dəfə də Qarabağda xəyanət edilir.
Yenidən əsas kart
1988-ci il. SSRİ yenidənqurmanın ağrılarını
yaşayır. İmperiya daxilindəki xalqların etiraz səsləri ucalmağa
başlayır. Erməni akademik Aqanbekyan Qarabağın Ermənistana
birləşdirilməsinin daha doğru olduğunu vurğulayır. Az sonra
Ermənistandakı azərbaycanlılara qarşı hücumlar başlayır.
Deportasiya həyata keçirilir. Azərbaycandan Ermənistana gedən
qatarlar dayandırılır. Eyni anda Naxçıvan Muxtar Respublikası
blokadaya düşür. Tezliklə Əsgəranda iki nəfər azərbaycanlı
öldürülür. Qarabağda ermənilərin "Miatsum" hərəkatı başlayır.
Azadlıq əldə edən Bakı Moskva ilə mübarizə aparmaqla bərabər
yenidən ermənilərə qarşı da silahlanmaq məcburiyyətində qalır.
Qarabağa dünyanın hər yerindən muzdlu erməni döyüşçülərin axını
başlayır. Rusiya 366-cı motoatıcı alayı ermənilərin nəzarətinə
verilir. Ermənistan vasitəsilə Rusiyadan göndərilən dəstək
Qarabağda peyda olur. Xocalı faciəsinin ardınca Şuşa, daha sonra
Laçın ələ keçirilir. Beləliklə, Qarabağ yenidən əsas kart olur. 6
il ərzində Azərbaycanın 20% ərazisi Bakının nəzarətindən çıxır.
Bununla da Bakıya Moskvanın Azərbaycana əla təsir imkanı
yaranır.
İrəvana şapalaq
1996-ci il. Heydər Əliyev Ermənistan Prezidenti
Levon Ter-Petrosyanla Qarabağla bağlı gizli danışıqlara başlayır.
Danışıqlar az sonra Moskvaya məlum olur və Petrosyan dərhal
vəzifədən gedir.
Növbəti gizli danışıqlar 1999-cu ildə başlayır. Bu dəfə də
Ermənistan parlamenti gülləbaran edilir. Az sonra əslən Qarabağdan
olan və Azərbaycana etdikləri xəyanətə görə "xüsusi fərqlənən"
erməni klanı Ermənistanda tam olaraq hakimiyyəti ələ keçirir.
Yenidən Qarabağ Azərbaycan qarşısında maneə olur. Bundan sonra bir
daha İrəvanı Qarabağda sülh əldə olunması ilə bağlı heç bir yerdə
danışıqlar masasına oturtmaq mümkün olmur.
Epiloq əvəzi
Ermənilər yenə də Qarabağa erməni köçünü dayandırmırlar. Üstəlik
Ermənistanda yenə Rusiya bazası dayanıb. İrəvanda hakimiyyətdə
olanlar hələ də "azərbaycanlı" xainlərdir.
Rusiyanın Qarabağ siyasəti dəyişirmi?