Yuxarı

Türk dilinə nifrət püskürən “filosof”...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk dilinə həqarət edənlər bu millətdən deyildir. Elələri qəsdən azərbaycançılıq üslubunda aldadıcı, cəlbedici fikirlər söyləməkdə, təmtəraqlı mətnlər təqdim etməkdə çox mahirdirlər.

“Dilimiz fəlsəfə dili deyil”, – deyə bu dilə necə münasibət bəslədiklərini də yaxşı bilirik. Məsələn, türk dilinə "türkiyəcə" deyib nifrət püskürən bir filosofun dilimiz üzərində necə sintaktik eksperiment apardığına baxaq: “Nuru rəhmətə gedib” cümləsinə “hara gedib?” sualını verərək dilimizi gülüş hədəfinə çevirir.

Belə bir həssas məqamda – düşmənlərimizin sayının daha da artdığı, ölkəmizi təhdid etdikləri bir vaxtda, eləcə də qardaş türk xalqlarının və dövlətlərinin yaxınlaşdığı, hərbi, siyasi, mənəvi birliyin formalaşdığı bir dövrdə əllaməlik etməyin dilimizə heç bir faydası yoxdur.

Dilimizin sahibi, qoruyucusu Azərbaycan xalqı, Azərbaycan dövlətidir. Söz əmtəə məhsulu, ya silah-sursat deyil ki, yük təyyarələri ilə ölkəyə daşıyasan. Hər bir güclü dilin arxasında güclü dövlət, onun iqtisadiyyatı dayanır. Dilin gücü həmin dilə olan tələbatdan asılıdır. Dilin öz qanunları var. Dil azadlığı sevir, ehtiyac duyduğu söz və ifadələri götürür. Yeni leksik vahidlər ya birbaşa (məsələn, rəqəmsal, digital), ya da “seçmə üsulu” ilə işləklik qazanır.

Dilin lüğət tərkibindəki alınmalar heç də həmişə sabit olmur, zamanın tələbinə görə dəyişə bilir. Məsələn, “sensasiya” sözünün “sensasion” şəklində mətbuatda işlənməsi kimi.

Təhlükəli məqam isə milli sözləri qondarma sözlərlə əvəzləmək, süni şəkildə dilə müdaxilə etmək, dilin morfoloji, qrammatik quruluşunu zədələmək, səs, vurğu, intonasiya kimi ciddi məsələlərə etinasızlıq göstərməkdir.

Dil bizdən asılı olmadan mövcuddur. Xalqımız və millətimiz var olduqca, dilimiz də əbədi yaşayacaqdır.

Dilimiz dövlət səviyyəsində qorunur! “Ortaq ünsiyyət dili”nin mövcudluğu isə dövlət dilinin itirilməsi anlamına gəlmir. Bu gün birliyimiz üçün yaranmış tarixi fürsət düzgün dəyərləndirilməlidir. Dünya qloballaşır, yeni güc mərkəzləri formalaşır. Türk dövlətləri ilə birlik bizə hava və su kimi lazımdır. Bir xalq kimi, millət kimi bizim daha böyük iddialarla çıxış etməyə mənəvi haqqımız çatır.

Dövlət başçısı cənab İlham Əliyevin dilimiz və Güney Azərbaycanda yaşayan soydaşlarımızla bağlı səsləndirdiyi fikirlər, verdiyi mesajlar nəinki Bütöv Azərbaycan dünyasında, hətta bütün türk dünyanda rəğbət və sevinc hissi ilə qarşılandı. Bu, dilimizin yaxın gələcəkdə dövlət dili kimi daha geniş coğrafiyada, ən azı soydaşlarımızın yaşadığı tarixi ərazilərdə bərqərar olmasına əminliyi ifadə edir.

Ana dilimiz dövlət səviyyəsində qorunmadığı dövrlərdə belə ən ağır sınaqlardan keçmiş qüdrətli bir dildir. Türk dilini “ortaq türkcə” seçməyimizə heç bir ehtiyac yoxdur. Oğuz qrupuna aid dillərdə təxminən 150 milyon türk danışır. Biz bu dillərdə onsuz da bir-birimizi anlayırıq. Sadəcə bundan sonrakı mərhələdə türk dillərində yeni terminologiyanın, alınmaların unifikasiyasına ehtiyac vardır.

“Ortaq türkcə” haqqında isə daha çox Orta Asiya dövlətləri düşünməlidirlər. Prosesin sürətlə getməsi üçün qardaş ölkələrdə türk dili ikinci dil kimi tədris olunmalıdır.

Tarix
2022.10.24 / 08:00
Müəllif
Şahlar Göytürk
Şərhlər
Digər xəbərlər

“Müəllimə”, "müdirə" yaza bilərikmi? - Dilçi alim

Od püskürən ulu sözlərimiz...

İran casusunun Bakıdakı biznesi...

Kainatı yenidən yaratmaq üçün onu məhv edən Şiva...

Bayram sözü necə yaranıb?

Ermənilər indi də buna göz dikib: Türk tarixi nə deyir?

Atla eşşəyin fərqi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla