Yuxarı

Bakıya hücum başladı: bunun bədəlini ödəyirik!

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

AŞPA-da Azərbaycan nümayəndə heyətinin fəaliyyəti məhdudlaşdırılıb, səsvermə hüququ bloklanıb, üstəlik, mandatının təsdiqlənib-təsdiqlənməməsi ilə bağlı Monitorinq Komitəsinə müraciət edilib – bu gün nəticə bəlli olacaq.

Avropada Azərbaycana qarşı uzun müddətdir başlayan təzyiq kampaniyasının yeni təzahürüdür: Azərbaycanın regional oyunçuya çevrilməsi, AB-nin tələb və şərtlərindən imtina etməsi, regiondankənar qüvvələrin deyil, yalnız öz maraqlarını müdafiə etməsinin bədəlini ödəyirik.

Rəsmi Bakı emosional və eyforiya ilə hərəkət etmir, praktik və rasional addımlar atır: Rusiyanın Ukraynaya hücumundan cəmi 2 gün qabaq - 22 fevral 2022-ci ildə Azərbaycanın Rusiya ilə strateji müttəfiqlik sazişi imzalamasını iki ilə yaxındır “başqaxıncı etməyə” çalışanlar Ukrayna savaşının hazırkı durumu və Rusiyanın mövqelərinin hansı səviyyədə olmasına baxıb, tənqidlərini yenidən dəyərləndirməyə məcburdurlar.

Xatırlayıram, hələ 2000-ci ildə kiçik Corc Buş seçkiyə qatılanda onun şansı həddən artıq az qiymətləndirilirdi və həmin vaxt Heydər Əliyevin ABŞ-a gedərək, ata Corc Buşla qayıq səyahətinə çıxmasını bəzi politoloqlar, elə qərbli siyasətçilər də, az qala, “strateji səhv” adlandırmışdılar. Nəticə özünü çox gözlətmədi – oğul Corc Buş qalib gəldi, Azərbaycan isə ABŞ-ın terrorizmə qarşı mübarizəsində tərəfdaşı oldu.

Azərbaycan artıq onillərdir strateji düşüncə və dəqiq siyasi proqnozlarla hərəkət etdiyini ortaya qoyub və bu gün də belədir – 24 fevralda Rusiyanın darmadağın olacağını proznozlaşdıranlar 23 aydan sonra tamamilə fərqli şərhlər verirlər, hətta Avropa Ukraynadan əlini üzüb, indi Almaniya və Norveçin timsalında, “şəxsən özü” müharibəyə “hazırlaşır”.

Bakı sərhədlərindən kənarda baş verən münaqişələrə qarışmadı, amma humanitar dəstəyini də kimsədən əsirgəmədi, əvəzində qonşuları və müttəfiqləri ilə strateji əlaqələrini dəqiq hesabladı.

Bakı – gəlin, adı ilə deyək, İlham Əliyev dünyadakı münaqişələri incəliyinə qədər hesablayır və lazımı anda dövlətin maraqlarını təmin edir: Məsələn, Qərb platformasında Qarabağın Azərbaycanın ərazi bütövlüyünə aid olmasının təsdiqlənməsi kimi; məsələn, 19-20 sentyabr 2023-cü il antiterror tədbirləri misalı...

Və İlham Əliyev 10 yanvar 2024-cü ildə tamamilə fərqli bir səhifə başlatdığını elan edir: izah edir ki, 7 fevral prezident seçkisinin səbəbi nədir; izah edir ki, qələbənin kölgəsinə sığınmayın – yeni hədəflərimiz var.

AB – bu kontekstdə Jozep Borrell İlham Əliyevin miqyasından şoka düşüb; Borrell və onun təmsil etdiyi siyasi strateqlər, xarici siyasət "ustadları" İlham Əliyevin dəqiq hesablamalarından qorxuya düşüblər; Borrellin Fransa və indi Almaniyadan olan həmkarları İlham Əliyevin Qərbi Cənubi Qafqaza buraxmamasından əsəbiləşiblər və nə qədər çalışsalar da, bunun perspektivi olmadığını görürlər, ona görə də təzyiqi maksimum səviyyəyə çatdırıblar. Bu, həm də kiçik dövlətin böyük siyasətçisinə uduzmağın doğurduğu qarışıq hissdir; bu, AB-nin “Şərq siyasətinin” iflasında “günahkar axtarmaq” təşəbbüsüdür. Guya doğru yoldadırlar, İlham Əliyev imkan vermir və s.

Bu, həm də gerçəklərin Ermənistan Baş naziri səviyyəsində anlaşıldığından doğan narahatlıqdır: “vaxt” uduzuldu...

Bütün bunlar kənardan görünən təxmini mənzərədir. Bəs, dünəndən AŞPA-da nə baş verir? Azərbaycan nümayəndə heyətinin səs hüququnun məhdudlaşdırılması ilə bağlı əvvəlcədən siqnallar var idi axı! Hətta Ukrayna mediası da bu barədə yazmışdı.

Nümayəndə heyətimiz hansı tədbirləri görüb? Etimadnamənin təsdiq edilməsinin mübahisələndirilməsi hansı anlama gəlir?

Belə presedent, səhv etmirəmsə, Rusiya nümayəndələrindən başqa kimsəyə qarşı tətbiq edilməyib. AŞPA hansı “təcrübə ilə” bunu Azərbaycana tətbiq etməyə “hüquq” axtarır?

Azərbaycan heç kimin ərazisinə hücum etməyib, kimsənin torpağını işğal etməyib, elə AŞPA-nın özünün də tanıdığı ərazi bütövlüyünü bərpa edib. Azərbaycanın Ermənistana “mümkün təcavüzü” ağ yalandır, bu ehtimal üzərində siyasət aparmaq ikiüzlülükdür – burası aydın. Bəs, bizim deputatlar nə edir?

Ötən gündən AŞPA nümayəndə heyətimizin ayrı-ayrı üzvlərinə göndərdiyimiz suallar, etdiyimiz müraciətlər cavabsızdır. Təsəvvür edin, Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin rəhbərinin Vatsapına sorğu göndəririk, iclasda iştirakının şəklini atıb, danışa bilmədiyi üçün üzr istəyir və iclas bitən kimi geridönüş edəcəyini bildirir.

Azərbaycan nümayəndə heyətindən isə kimsə cavab vermir.

Bəlkə Strasburq vaxtı üçün həddən artıq tez və yaxud dünən baxımından həddən artıq gec ola bilər. Ancaq cəbhədə bir güllə atılanda bu ölkənin mediası yatmağı, istirahəti özünə haram edir – ki, orda düşmənlə üz-üzə dayanıb yatmırlar, bəs biz nə edə bilərik?

Eyni narahatlıqdır – bəs, görəsən, AŞPA-dakı nümayəndələrimiz orda necə yatıb-otura bilirlər? Hansı addımlar atılır və biz necə dəstək ola bilərik?

Bu qədər informasiya boşluğu yaratmaqla özlərinə və ölkəmizə ziyan vururlar axı...

Tarix
2024.01.23 / 13:27
Müəllif
Aynur Camal
Digər xəbərlər

Türkiyədə məşhur törəndə bizi utandıran 3 xanım…

İnanılmazdır: Bilirsinizmi top atəşi ilə kimlər qarşılanır?

Bakıda 10 minədir, Laçında pulsuz...

Blinken Əliyevdən nə xahiş etdi? - Pərdəarxası detal

Gəncəli qızın son dünya turu: Bakıya niyə gəlmir?

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ürəyimizi titrədən xəbər…

Ruzvelti 4 dəfə seçmək olar, Əliyevi yox?

Bakıya hər yerdən hücumlar edilir: Yeni dalğa...

Əsas hədəf Əliyevdir: hansı sözündən qorxdular?

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla