Yuxarı

İzlədim: Cabir Ölümü əsalətlə ifa etdi, möhtəşəm idi...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

İllər öncə Anar Məmmədxanovu itirəndə də toplum olaraq eyni kədəri yaşamışdıq. Nə inanmaq istəmişdik, nə də barışmaq. Anarın ölümü də qəfil idi, gözlənilməz idi və hamı bu gözlənilməzlikdən sarsılmışdı...

Cabir İmanovun da ölümü gözlənilməz və sarsıdıcıdır. Bu gün kiminlə bu barədə danışmışamsa, hisslərini bircə kəlməylə ifadə edib: “Şokdayam”.

Allah rəhmət eləsin!

Cabir istedadlı və parlaq sima idi, Anar kimi! Ölümləri də bənzərdir: ikisi də ömrü yarılamadan tərk etdi bu dünyanı, ikisi də Ürəkdən getdi, ikisi də bizdən getdi...

Xatırlayıram ki, Anar Məmmədxanovun həyat yoldaşı bir müsahibəsində təxminən belə demişdi: “Anarın ölümündən az əvvəl evimizə kamera qoydurmağı planlayırdıq. Anarın ölümündən sonra (Anar Məmmədxanov yaşadığı mənzildə tək olarkən vəfat etmişdi - A.C.) elə heyfsilənirdim ki, keşkə evdə kamera olaydı, Anara nə olduğunu, nə baş verdiyini, son anlarında nə etdiyini görə biləydim...”

Bunu niyə yada salıram? O kamera görüntüsündə Cabir İmanovu sonuncu dəfə izlədik. Medianın etik prinsiplərinə, yazılan-yazılmayan qanunlara, hansısa mental dəyərlərə uyğun olmaya bilər, kimlərinsə ürəyi zəif ola bilər, doğmaları etiraz edə bilər, bilmirəm... Yayanları, paylaşanları qınayırsınız, bəlkə də haqlısınız, amma... O görüntüdə nə zorakılıq var, nə qan, nə əzab... Cabir İmanovun ölümü də ağayanadır, əsildir, nəcibdir... Mən izlədim, kədərləndim, kövrəldim, yenə də rastıma çıxsa, izləyəcəyəm. Çünki Cabir Ölümü əsalətlə ifa etdi və ən önəmlisi, hamıya, hər kəsə, hər birimizə Ölümü xatırlatdı, dünyanın fani, ölümün gözlə-qaş arasında olduğunu, yaşamın, nəfəsin, sağlığın dəyərini, qiymətini anlatdı... Möhtəşəm Obraz idi...

Mən bu sonuncu rolu - o qəhrəmanı unutmayacağam...

Tarix
2025.09.30 / 07:00
Müəllif
Aynur Camal
Digər xəbərlər

Ağ Evdə dilə gətirilən həqiqət: Biz nələr qazandıq?

Onların ölümü haqda “onsuz da çox yaşadılar” demək...

Elçinlə bircə dəfə görüşən bunu bilirdi...

Uşaqlığımın səsi susdu: Sizi həmişə sevəcəyəm…

Prezidentlə Ağ Şəhərdə xoşbəxtlik selfisi...

Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü...

Nəzrinin ölümü ilə bağlı yeni şok fakt

Türkiyədə məşhur törəndə bizi utandıran 3 xanım…

İnanılmazdır: Bilirsinizmi top atəşi ilə kimlər qarşılanır?

Bakıda 10 minədir, Laçında pulsuz...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla