Yuxarı

Türkiyə torpağı işğal edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əhməd Davudoğlu hər cür hücumlara cavab vermək iqtidarında olduqlarını bildirib.

"Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin xaricdəki yeganə torpağı olan və Suriya sərhədinə girən Süleyman Şah Türbəsinin olduğu bölgə İraq Şam İslam Dövləti (İŞİD) terrorçuları tərəfindən işğal edilib.

Türkiyə sərhədindən 35 km aralıda yerləşən Qaraqozaq kəndi yaxınlığında baş verən bu hadisədən sonra Suriya sərhədində gücləndirilən Türkiyənin quru və hava qoşunları, döyüşə hazır vəziyyətə gətirilib. Türbədə xidmət göstərən təxminən 25 əsgərə türbəyə hər hansı hücum olduğu vəziyyətdə "vur" əmri verilib.

Hər hansı hücum olarsa adekvat cavab veriləcək

Məsələ ilə əlaqədar açıqlama verən Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu deyib: "Beynəlxalq qanunlara əsasən ora Türkiyə torpağıdır. Hər cür tədbir görmək haqqımız var". Davudoğlu həmçinin bunları bildirib:

"Ora hücum edəcək istənilən qüvvəyə eyni hücumla cavab veriləcək. Bu, istəyir rejim tərəfindən olsun, istəyir radikal qruplar tərəfindən, fərqi yoxdur. O vətən torpağının qorunması üçün Türkiyə heç tərəddüd etmədən hər cür tədbir görəcək".

1921-ci ildən indiyə kimi

Xatırladaq ki, Süleyman Şah Türbəsi olan bölgə Osmanlı İmperiyasının süqutundan sonra Fransanın müstəmləkəsinə keçməsinə rəğmən, 1921-ci ildə Fransa ilə imzalanan "Ankara" müqaviləsinə görə, Türkiyə Respublikasının torpağı olaraq qəbul edilib və Türkiyə ordusu tərəfindən mühafizə edilir.

Tarix
2014.03.14 / 17:09
Müəllif
Vüsal Tağı
Digər xəbərlər

Azərbaycan bizi yarıyolda qoymayan tərəfdaşımızdır - Slutski

XİN Xankəndi Kommunikesi barədə məlumat yaydı

Dağıstan rəhbəri Rusiya və Azərbaycana çağırış etdi

Rusiya Bakıya heyət göndərir: Putinin şəxsi mesajı...

Azərbaycan ABŞ-a başsağlığı verdi

Rusiyada bu qurum Azərbaycana müraciət etdi

Sülh sazişi ilə bağlı müzakirələr tamamlanıb - Əmirbəyov

Mirziyayevin Azərbaycana səfəri əhəmiyyətlidir...

Rusiyadan Azərbaycana gələn turist sayında azalma var?

Bakı-Moskva gərginliyi: Ərdoğanın bu sözləri Putinədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla