Yuxarı

Orqan satışının reklamı qanunidirmi? - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qanunun tələblərinə görə, insan orqanları və toxumaları alğı-satqı obyekti ola bilməz".

Bu sözləri "Axar.az"a hüquqşünas Müzəffər Baxışov yerli qəzetlərin birində gedən orqan satışı elanına münasibət bildirərkən dedi.

Onun sözlərinə görə, Konstitusiyanın 17-ci maddəsinə görə, insan orqan və toxumalarının satışı ilə məşğul olan hüquqi və fiziki şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar:

"Bununla bağlı Cinayət Məcəlləsinin 137-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulub".

Hüquqşünas qeyd edir ki, Konstitusiyanın 16-cı maddəsinə görə transplantasiya haqqında reklamı qanunvericilikdə müəyyən edilmiş qaydada yalnız tibb və əczaçılıq sahəsində ixtisaslaşmış mətbuat orqanları həyata keçirə bilər: "Əgər orqan alğı-satqı elanını tibb və əczaçılıq sahəsində ixtisaslaşmamış mətbu orqan həyata keçirirsə, qanunsuz reklama yol verdiyinə görə o, cinayət məsuliyyətinə cəlb edilməlidir".

M.Baxışov deyir ki, hər bir şəxsin öz orqanlarını könüllü olaraq satışa çıxarmaq haqqı var: "Bu, şəxsin hüququdur. Xəstə şəxsə istənilən insan donor ola bilər".

Xatırladaq ki, ölkənin yerli qəzetlərindən birində orqan alğı-satqı elanı yerləşdirilib. Elanda qaraciyər, böyrək satışı və alışı təklif edilib.

Tarix
2014.03.28 / 17:16
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Paşinyan: Erməni sərhədçiləri Tavuşa yerləşdi

Rəsmi Bakıdan fransalı nazirə cavab: Rədd edirik!

Prezidentlərin geniş tərkibdə görüşü başladı

Əliyevlə Lukaşenkonun təkbətək görüşü oldu

Darmanidən Azərbaycana qarşı absurd ittiham

Kirantsda iki ev Azərbaycana keçdi

Demarkasiya: Qazaxda hansı üstünlüyü əldə etdik?

Çevriliş cəhdi: Baxçalı Türkiyəni xilas edir - Oqtay

Bakı ilə protokolun imzalanması böyük uğurdur

Lukaşenkonun rəsmi qarşılanma mərasimi oldu - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla