Yuxarı

Arda məğlubiyyətdən danışdı: Nəticə çıxaracağıq

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Arda məğlubiyyətdən danışdı: Nəticə çıxaracağıq

Türkiyə millisinin yarımmüdafiəçisi Arda Gülər 2026-cı il dünya çempionatının qrup mərhələsinin I turunda komandasının Avstraliya yığmasına 2:0 hesabı ilə məğlub olduğu oyunla bağlı fikirlərini bölüşüb.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində fəaliyyət göstərən "Rising Stars XI" hesabına açıqlamasında danışıb.

"İlk növbədə Avstraliya yığmasını təbrik edirəm. Onlar yaranan imkanlardan istifadə etdilər, biz isə bunu bacarmadıq.

Lakin səmimi desəm, bəzi qərarlarla barışmaq çətindir. Elə epizodlar oldu ki, bir çoxumuz topun əllə oynanılması ilə bağlı qayda pozuntusunun qeydə alınmalı olduğunu düşünürdük, amma oyun davam etdirildi. Mən demirəm ki, məğlubiyyətimizin yeganə səbəbi budur, lakin belə məqamlar qarşılaşmanın gedişatına təsir göstərə bilər.

Baş hakim vəziyyəti fərqli qiymətləndirdi və biz onun qərarı ilə razılaşmasaq da, buna hörmət etməliyik. Sonda isə günahı ilk növbədə özümüzdə axtarmalıyıq. Komanda kifayət qədər qol vəziyyəti yarada bilmədi, müdafiədə də istənilən səviyyədə çıxış etmədi və Avstraliya bundan maksimum yararlandı.

Azarkeşlərin məyus olmağa tam haqqı var. Biz də çox məyusuq. Bu məğlubiyyətdən nəticə çıxaracağıq, daha güclü qayıdacağıq və bu nəticənin turnirdəki taleyimizi müəyyənləşdirməsinə imkan verməyəcəyik", - Gülər bildirib.

Tarix
2026.06.14 / 17:09
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib?

Bakının bu görüşlərə tamhüquqlu iştirakçı kimi qoşulması...

İlham Əliyev "Manas" ordeni ilə təltif edildi - Foto

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana gəlir

Azərbaycan Qırğızıstana nələr satıb? – 24 ədəd maşın...

Liderlərin Çolpon-Ata şəhərində qeyri-rəsmi görüşü keçirildi

Prezident və xanımının şərəfinə dövlət ziyafəti verildi

Prezidentlərin iştirakı ilə iclas keçirildi - Foto

İlham Əliyev qırğız həmkarını Azərbaycana dəvət etdi

Ölkələr arasında imzalanmış sənədlər mübadilə edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla