Yuxarı

“İndi hamını bu düşündürür: görəsən mənim övladımla da...”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Uşaq bağçasında baş verən hadisədə azyaşlının hissləri ilə oynanılması çox neqativ haldır".

Bunu Axar.az-a Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov bu yaxınlarda uşaq bağçasında nənəsinin ölümü ilə qorxudularaq hissləri ilə oynanılan azyaşlı uşaqla bağlı hadisəyə münasibət bildirərkən deyib.

Psixoloqun sözlərinə görə, bu neqativliyi bir çox aspektdən qiymətləndirmək olar:

"Birinci, bu hadisənin baş verməsi uşaq bağçalarına qarşı böyük bir güvənsizlik formalaşdırdı. Çünki Azərbaycanda yaxşı fəaliyyət göstərən uşaq bağçaları ilə yanaşı, öz işini düzgün qura bilməyən uşaq bağçaları da var. Tərbiyəçilər tərəfindən lentə alınan videonun sosial şəbəkələrdə yayımlanmasının özü də mənfi prosesdir. Tərbiyəçi bu cür hallarda çox diqqətli olmalı və uşağın hissləri ilə oynamamalı idi. Uşaq darıxa, narahat ola bilər, ancaq bu o demək deyil ki, uşağı hissləri ilə oynamaq olar. Nəzərə almaq lazımdır ki, belə davranış bu yaşdakı uşaqlarda böyük psixoloji travmaya səbəb ola bilər. Başqa bir tərəfdən, indi həmin uşağın valideynləri böyük psixoloji sarsıntı içərisindədir. Çünki bu, onların övladlarına qarşı yönəlmiş qeyri-etik bir hərəkətdir. Bu gün Azərbaycanda kifayət qədər ailələr var ki, övladlarını uşaq bağçalarına həvalə edirlər. Artıq belə olan halda güvənsizlik və psixoloji narahatlıq yaranır. İndi hər kəsi bir sual düşündürür. Görəsən mənim övladımla da bu cür rəftar edəcəklər? Bütövlükdə, bu problem özü bir çox törəmə problemlərə yol açmış oldu. Biz bundan dərs çıxarmalıyıq. Buna görə də uşaq bağçalarında psixoloji və pedaqoji iş yüksək səviyyədə qurulmalıdır".

E.Rüstəmov bu cür hadisələrin zaman-zaman təkrarlana biləcəyini bildirib:

"Nəzər almaq lazımdır ki, bəzən bu tip uşaq bağçaları və ya oxşar problemli şirkətlər bundan kompromat kimi də istifadə edirlər. Bundan çəkinmək lazımdır. Problem sivil formada həll olunmalıdır. Uşaqlarda 3 yaşdan sonra "eqosentrizm" yaranır. Yəni "mən" formalaşır. Eyni zamanda, uşaqda ölümlə bağlı zaman-zaman müəyyən təsəvvürlər formalaşır. Buna görə də uşağı nənəsinin ölümü ilə qorxutmaq heç bir əxlaqi kriteriya və mənəvi dəyərə sığmır. Hesab edirəm ki, bu tərbiyəçilərlə bağlı mütləq müəyyən tədbirlər görülməlidir. Bunun hansı formada olacağına isə əlaqədar qurumlar qərar verəcək. Əks təqdirdə bu cür sui-istifadə halları yenidən baş verə bilər".

Xatırladaq ki, bir müddət öncə sosial şəbəkələrdə Bakı bağçalarının birində nənəsini istəyən azyaşlı qızın hissləri ilə oynayan tərbiyəçi və sanitarların video görüntüsü yayılmışdı.

Tarix
2014.12.06 / 08:30
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla