Yuxarı

Azərbaycan animesevərləri birləşdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan animesevərləri birləşdi - Foto

Dekabrın 14-ü Azərbaycan Anime Cəmiyyəti Yaponiya mədəniyyətinin ayrılmaz hissəsi olan anime və manqanı bütün dünyada məşhur edən Hayao Miyazakinin adına həsr olunmuş tədbir keçirib.

"Axar.az" xəbər verir ki, tədbirdə yapon animelərinin "cosplay"i (anime personajlarının geyim nümayişi), yapon şirniyyatları, anime qəhrəmanlarının şəkilləri və əl işləri nümayiş olundu. Eləcə də yarışlar keçirildi, qaliblər hədiyyə qazandı. Mükafatlar Yaponiya səfirliyinin dəstəyi ilə təşkil edilib.

Azərbaycan Anime Cəmiyyətinin rəhbəri Çinarə Əhmədova bildirdi ki, tədbirin əsas məqsədi bütün dünyada məşhur olan yapon animelərini Azərbaycanda da məşhurlaşdırıb Azərbaycan dilli kontingent yaratmaqdır.

"Axar.az" müxbiri olmaqdan əlavə bir animesevər kimi qeyd edə bilərəm ki, tədbirin əsas məqsədlərindən biri də tənbəllik etmədən kostyumlar hazırlayıb yarışda iştirak edən, şəkillər çəkən anime və manqanı bu qədər çox sevən insanları bir yerdə toplayaraq onlara mənəvi rahatlıq və sevinc bəxş etmək, yeni dostluqlara şərait yaratmaqdır.

Tarix
2013.12.16 / 19:35
Müəllif
Nərminə Allahverdiyeva
Digər xəbərlər

İlham Əliyev Avstriya prezidentini təbrik etdi

Ümid Özdağ Bakıya gəlir - Tarix

Azərbaycan XİN Avstriyanı təbrik etdi

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla