Yuxarı

Rusiya sonuncu kartını işə salır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya sonuncu kartını işə salır

Rusiya hazırda regionda yaranan boşluqları doldurmağa çalışır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. Rusiyanın fonunda Suriyanın Avrasiya İttifaqına qoşulma məsələsini şərh edən politoloq iki ölkə arasında güclü bir yaxınlaşmanın ola biləcəyindən söz açıb:

"Rusiya keçmiş SSRİ-nin varisidir və bu iki dövlətin uzun sürən müttəfiqlik tarixi var. Ötən əsrin ikinci yarısından bəri Moskvanın Dəməşqlə çoxşaxəli əlaqələr qurduğunu bilirik. Soyuq müharibə bitdikdən sonra bir çox alyans və müttəfiqlik əlaqələri də çöküb. Xüsusən də Rusiya ən çox itirən tərəf olub. Qərb bu işdən hər zaman geosiyasi məkanda yararlanmağa çalışıb. Təbii ki, Vaşinqton bu prosesi xeyrinə dəyişə bilib. Rusiya indi yaranan bu boşluqları doldurmağa çalışır. Suriyanın Tartus limanında Rusiyanın hərbi bazası hələ də durur. Moskva da Yaxın Şərqdə itirilmiş mövqelərini ona görə bərpa etməyə çalışır ki, həmin vacib bölgədən tam çıxarılmasın. Kremlin əlindəki yeganə kart - Bəşər Əsədin hakimiyyəti - Moskavaya bu imkanı vəd edir. Rəsmi Moskva İŞİD-in Rusiyanı hədəf almasını bilir və həmin qondarma dövlətin səylərini zərərsizləşdirməkdən ötrü qaynar bölgədə müqavimət səddi qurmağa çalışır. Buna görə də Dəməşqin Rusiya ətrafında hər hansı bloka qatılması hər iki tərəfə güclü bir yaxınlaşmanı reallaşdırmaqdan ötrü platforma verə biləcək".

Qeyd edək ki, Suriya Avrasiya İttifaqı ilə azad iqtisadi zonanın yaradılması haqqında müqaviləni imzalamaq niyyətindədir.

Tarix
2015.07.25 / 09:36
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Nazir təsdiqlədi: Bu sürücülərdən 30 manat tutulacaq...

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla