Yuxarı

O kişini belə tərk etdim

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

(Bütün təkəbbürlü, mədəniyyətdənkənar mədəniyyət adamlarına ithaf olunur)

Bütləşdirmə bütün dövrlərdə olub. Məsələn, ilk insan odu bütləşdirdi. Odun insanı qızdırmaq, onları vəhşi heyvanlardan qorumaq, ovladıqları heyvanı bişirmək və s. kimi xüsusiyyətləri onu müqəddəs etmişdi. İlk insan bilmirdi ki, od heyvanı bişirdiyi kimi insanı da bişirə bilər. Odu qoruyub saxlamaq qadınların vəzifəsi idi. O vaxt odu qoruyan qadınlar bu gün balalarını oddan qoruya bilmirlər.

Sonra torpaq bütləşdirildi, əkinçilik əsas məşğuliyyət sayıldığından torpağa düşmədi havayı bir dən. Sonradan çörək bol olsa da...

Odun, suyun, havanın, torpağın müqəddəs hesab edilməyini, bütləşdirilməsini başa düşmək olar ki, bunlarsız yaşamaq olmur. Bəla adamların bütləşdirilməsindədir.

Bu gün şou xarakterli yox, ciddi mədəniyyətlə məşğul olan və ya olduğunu güman etdiyimiz 3-5 adam var ki, onları sevməklə kifayətlənməyib, daim pərəstiş etmişik, qaldırıb əlimizdə olan, Allah verən ən hündür zirvəmizə – Bazardüzünün təpəsinə qoymuşuq. Biz onları Bazardüzünün təpəsinə qoyanda hardan bilərdik ki, əslində, elə öz təpəmizdə otuzdurmuşuq və belələrinin yeri Bazardüzü deyil, bazar düzüdür?!

Pösü Özündənrazıyevi birtəhər yola gətirib müsahibəyə getmişdim. Çox kübar bir məkanda əsl centlmen kimi davrandı görüşdə. Bu, təbii, ilk növbədə kənardakılara – onu tanıyanlara, sevənlərinə göstəriş idi – adamın sükutu qışqırırdı ki, "Baxın, bu, mənəm, mən beləyəm, məni sevin, pərəstiş edin mənə, ölün, gəbərin, vecimə almayacağam sizi!". Vallah, elə belə də deyirdi.

Müsahibəyə başladıq. Adam, elə bil, can çəkirdi cavab verməyə. Bir əndazəsi var idi ki, deyərdin, bəs burda budur, Bağdadda... əl-Bağdadi!

Kitab oxuyub-oxumadığını soruşdum. Bilmək istədim ki, əksər aktyorlar kimi ancaq ifa edəcəyi rolların sözlərini oxuyur, yoxsa normal mütaliə edir? "Sizin nə həddiniz var məndən oxuduğum kitabı soruşursunuz?" deyəndə duruxdum. Bir anlıq mənə elə gəldi, jurnalist budur, müsahibə verən mən. Üstümə mədəni şəkildə çımxırdı ki, "Siz mənim İQ səviyyəmi yoxlayırsınız? Bu, səviyyəsizlikdir".

Xəbəri yox idi ki, bu cür danışıqla öz səviyyəs(izliy)ini nümayiş etdirir.

Başqa bir neçə sualıma da bu cür kobud və yersiz lovğalıqla "cavab verməyəndən" sonra mən müsahibənin yekunlaşdığını və qalxmalı olduğumuzu dedim. Özünü eşitməzliyə vurdu. Təkrar etdim: "Müəllim, qalxaq".

Adam bilirdi ki, müsahibə yekunlaşmayıb. Bu dəfə dikbaşlıq və lovğalıq yerini hədə-qorxuya verdi. Barmağını stola vurub "Siz burdan getsəniz..." deyən kimi mən qalxdım...

Tragikomik vəziyyət idi. "Qadınlar susaraq gedər" deyibən üzümü çevirib getdim.

Bəli, sizin (qadınların) tanıdığınız və görəndə ürəyiniz pır-pır edən həmin məşhur, təkəbbürlü kişini çay süfrəsində camaatın gözü qarşısında tərk etdim. Nümayişkaranə lovğalıq edən adamı nümayişkaranə də tərk etmək lazım idi.

Amma maraqlıdır, "siz burdan getsəniz..."i necə tamamlayacaqdı? Mən ordan gedəndən sonra heç nə olmadı axı. Belə aktyorlar elə ancaq "aktyorluqla" məşğul olurlar.

Oxşar hadisə bu yaxınlarda bir iş yoldaşımın da başına gəlib. Enlixanım Dəymədüşərova adlı aktrisa ondan bir məsələ ilə bağlı açıqlama almaq istəyən iş yoldaşıma telefonda hörmətsizlik edib, "xanım, görürsünüz ki, mən sizin sualınızı heç eşitmək də istəmirəm" – deyib.

Sənin gözündən gəlsin o qalaq-qalaq alqış. Niyə eşitmək istəmirsən? Eşidəndə zərin tökülür?

Bunlar adamı sevməyə də peşman edər.

Gərək bu cür adamları "şəxsiyyətimi təhqir etdiyinizə görə sizi məhkəməyə verəcəyəm" deyib qorxudaq. Onsuz da belə adamların qorxuları istedadlarından böyük olur...

Tarix
2015.08.19 / 08:30
Müəllif
Nigar An
Şərhlər
Digər xəbərlər

Bu yoldakı körpü təmir edilir – Ehtiyatlı olun!

“Molla Nəsrəddin” jurnalı haqda şok faktlar

Xalq artisti niyə ruhi dispanserə gedib? - Video

“Belə bayağı, primitiv sözlər...”

Dünyanın ən gözəl azərbaycanlı Karmeni - Foto

Aşıq Ədaləti öldürmək istəyən kim olub?

Erməni hakerlərdən növbəti hücum - Foto

Möcüzələr yaradan Qəbələ sakini – Video

Pamuk: “63 il əvvəl İstanbul...”

Azyaşlılara sevindirici xəbər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla