Yuxarı

Rusiya dünyaya meydan oxuyur: Savaş alovlanır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya dünyaya meydan oxuyur: Savaş alovlanır

Rusiyanın Xəzərdən üç ölkənin ərazisindən keçmək şərtilə başqa bir dövlətin ərazisinə raketlə atəş açması əzələ nümayişidir.

Bu barədə Axar.az-a politoloq Qabil Hüseynli danışıb. Sabiq dövlət müşaviri hesab edir ki, Rusiya bu addımı ilə bir növ dünyaya meydan oxuyur:

"Rusiyanın bu sahədə olan raket texnikası heç də mükəmməlliyi ilə seçilə bilməz. Ballistik və ortamənzilli raketlərin 80 faizi sovet dövründən qalmadır. Rusiya Suriyada xüsusi təyinatlı əsgər və hərbi texniki yerləşdiribsə, deməli, bunlarla İŞİD-ə qarşı hərbi əməliyyatlar aparmalıdır. Ancaq Xəzərdən 1500-2000 kilometrlik bir məsafəyə atəş açmaq regiondakı dövlətlərə qarşı da təhdiddir. Rusiyanın bu addımı NATO-ya, dünyaya meydan oxumaq və qonşu ölkələri vahiməyə salmaq məqsədi daşıyır. Ən azından ehtimal edirəm ki, atılan raketlər heç hədəfə belə düzgün düşməyib. Çünki həmin raketlərin dəqiqliyi 100 metrdən 1 kilometrə qədərdir. Bir sözlə, hesab edirəm ki, dünya Rusiyanın faktiki dünya müharibəsi doğura biləcək bu addımını BMT-də müzakirə etməli, siyasi qiymət verməli və təcili tədbirlər görməlidir. Suriya məsələsi hazırda Rusiya üçün nə qədər önəmli olsa da, dünya hadisələrinə bu təfəkkürlə yanaşmaq olmaz. Əks təqdirdə III Dünya müharibəsi alovlana bilər".

Qeyd edək ki, Rusiya oktyabrın 7-də Xəzər Hərbi Donanmasından Suriyada İŞİD hədəflərini Kalibra 3M14 raketləri ilə vurub.

Tarix
2015.10.10 / 09:40
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla