Yuxarı

Nazirlik Xocalı sakininə yardım edə bilmir

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik Xocalı sakininə yardım edə bilmir

Əgər ailə üzləri arasında Turala uyğun donor tapılarsa, o zaman xəstəni əməliyyat etmək mümkün olacaq.

Bu barədə illərdir qaraciyər və dalağındakı xəstəliklərdən əziyyət çəkən Xocalı sakini Tural Salmanovun əməliyyatı ilə bağlı Mərkəzi Neftçilər Xəstəxanasının baş direktor müavini Nadir Mehdiyev Axar.az-a açıqlamasında bildirib. N.Mehdiyev hazırda xəstəxanada Tural Salmanova uyğun donorun olmadığını deyib:

"Bunun üçün də ilk növbədə ailə üzvləri rəsmi şəkildə, notarial qaydada müraciət etməlidirlər. Xəstənin əməliyyat olunması məhz ailə üzvləri arasında donor yoxlanılması aparıldıqdan sonra mümkün olacaq. Əgər uyğun donor tapılarsa, o zaman xəstə əməliyyat olunacaq. Ancaq o şərtlə ki, əməliyyatla bağlı bütün xərcləri Səhiyyə Nazirliyi öz üzərinə götürsün".

Məsələ ilə əlaqədar Səhiyyə Nazirliyinin mətbuat xidmətindən qeyd edildi ki, Səhiyyə Nazirliyi dövlət qurumu olduğuna görə təsərrüfat hesablı müəssisələrin fəaliyyətinə müdaxilə etmir.

Goranboyda yaşayan məcburi köçkün Tural Salmanov uzun illərdir qaraciyərində və dalağındakı xəstəliklərdən əziyyət çəkir.

Həmçinin, "Medikal Hospital" onun təmənnasız müayinəsini üzərinə götürüb. Amma Turalın vəziyyəti hələ də ağır olaraq qalır. Həkimlərin rəyinə görə, ona təcili qaraciyər köçürülməlidir.

Turalın ailəsi Səhiyyə naziri Oqtay Şirəliyevə, dövlət orqanlarına və xalqa müraciət edərək onsuz da sayı az qalmış Xocalı sakinlərindən daha birinin həyatdan vaxtsız getməsinə imkan verməməyə çağırır. Bu ailəyə kömək etmək istəyənlər Goranboy rayonu, Qaçqınlar qəsəbəsi, 1-ci bina, 4-cü blok, mənzil 56 ünvanına baş çəkə və yaxud 055 737 12 31 mobil nömrəsi ilə əlaqə saxlaya bilər.

Tarix
2016.02.08 / 16:05
Müəllif
Aygün, Fatimə
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla