Yuxarı

Qərbin sensasion planı: Rusiyanın təhlükəli sonu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qərbin sensasion planı: Rusiyanın təhlükəli sonu

Gürcüstanın tezliklə NATO arzusuna qovuşacağını söyləmək mümkündür.

Bu barədə Axar.az-a sabiq dövlət müşaviri Qabil Hüseynli açıqlama verib. Politoloq bildirib ki, ABŞ-ın Gürcüstanla bağlı planları kifayət qədər ciddidir:

"Hərbi təlimlər zamanı gətirilən 500-ə yaxın tank baza statusu ilə Gürcüstanda qaldı. ABŞ bu ölkədə daha irimiqyaslı təlimlərə hazırlaşır. Bu dəfə təlimlərdə Hərbi Hava və Dəniz Qüvvələri də iştirak edəcək. Bütün maliyyə xərclərini üzərinə götürən Amerika Batumi limanında daha iri tonnajlı hərbi gəmilərin yan alması üçün dərinləşdirmə və genişləndirmə işlərinə start verib. Üstəlik, başda Amerika olmaqla, NATO Gürcüstanın ərazi probleminə ciddi dəstək verir. Bütün bunlar onu göstərir ki, Baltik dənizindən başlayan və bir növ Rusiyanın qərb sərhədi boyunca formalaşdırılan təhlükəsizlik qurşağı işə düşüb. ABŞ-ın Rusiyanın ballistik raketlərini zərərsizləşdirmək üçün Rumıniya və Polşadan gətirilən nüvə qalxanı fəaliyyətə gətirilir. Rusiya-NATO qarşıdurması güclənir. Bu, nüvə müharibəsi deyil. Bu, Qərbin Rusiyaya kifayət qədər təhlükəli və sanksiyaların müddətinin uzadılması ilə birgə müşayiət olunan əzələ nümayişidir".

Politoloq Amerikanın Ukrayna məsələsində daha ciddi davranmağa başladığını, Minsk razılaşması ilə bağlı Moskvaya basqıların olduğunu xüsusilə qeyd edib:

"Poroşenkonun hərəkətləri diqqət çəkir, onun son zamanlar Krım və Donetsklə bağlı kəskin açıqlamaları o anlama gəlir ki, Ukrayna sözügedən məsələdə Rusiyaya qarşı çox ciddi rəqib olaraq formalaşdırılır. Rusiyanın rəqibləri içərisində Ukrayna yeganə ölkədir ki, öz hərbi sənaye kompleksi var. Bu, çox şeydən xəbər verir. Bir sözlə, Rusiyanın Qərb və postsovet ölkələri ilə bağlı siyasəti iflas astanasındadır. Hətta Rusiyanın regional güc kimi də mövcudluğunu itirəcəyi yönündə proqnozlar kəskinləşir. Zaman Rusiyanın zərərinə, Qərbinsə xeyrinə işləyir və bu zaman kəsiyində Qərbin Rusiya ilə bağlı bir sıra gizli planlarının həyata keçəcəyi də istisna deyil".

Qeyd edək ki, bir müddət öncə Gürcüstanda "Layiqli tərəfdaş – 2016" təlimi keçirilib. Hərbi təlimdə Gürcüstan, ABŞ və Böyük Britaniya hərbçiləri iştirak edib.

Gürcüstanın Müdafiə naziri Tina Xidaşeli gələn il ABŞ-la birgə daha böyük hərbi təlimin keçiriləcəyini açıqlayıb. O, ABŞ-ın Avropadakı qoşunlarının rəhbəri Ben Xodjeslə görüşü zamanı təlimin regional xarakter alması və daha çox ölkənin iştirakı ilə bağlı danışıqların aparıldığını qeyd edib.

Tarix
2016.05.27 / 08:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Yanğında həlak olan azyaşlı vəkilin qızı imiş

Ölkədə breketə görə əsgərlikdən möhlət verilir? - Rəsmi

4 gəncin öldüyü “Lake Hotel”dən yeni xəbər var

"Forbes" İranın gücündən yazdı: Siyahıda Azərbaycan da var

Azərbaycan Türkiyə və Avstraliyanı bunun üçün təbrik etdi

Gültəkin Hacıbəylinin Mehdiyev sevgisi: Gizli oyunlar...

1 milyona ev, 440 minə cip - Rektorun milyonluq xərci

Göyçayda məzar daşı: Türkiyə səfirliyi hərəkətə keçdi - Foto

Ermənistan nümayəndələri Hikmət Hacıyevlə görüşdü - Foto

Ramiz Mehdiyevin səhhəti pisləşdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla