Yuxarı

Məmmədyarov: “Lapşin mühəndis olsaydı...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məmmədyarov: “Lapşin mühəndis olsaydı...”

Qarabağla bağlı status-kvo heç kimə sərf etmir.

Axar.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə müsahibəsində Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov söyləyib.

“Bir neçə dəfə biz məsələnin yerindən tərpədilməsinə kifayət qədər yaxın idik. Hər kəs anlayır ki, bu gün olan status-kvo erməni tərəfindən başqa heç kimə sərf etmir. Biz 20 il ərzində işğal altında qalan torpaqların təəssüf ki, yalnız hərbi güc yolu ilə azad edilə biləcəyindən razı deyilik. Masanı tədricən problemlərdən təmizləmək lazımdır. Problemlər nədir? Ən əsas problem erməni silahlı qüvvələrinin Azərbaycan ərazisində olmasıdır. Birinci növbədə əsgərlər öz kazarmalarına geri dönməlidirlər. Bu olacağı təqdirdə böyük imkanlar açılacaq. Bu, planın tərkib hissəsidir”, – o bildirib.

Məmmədyarov həmçinin blogger Aleksandr Lapşinin həbsi məsələsinin siyasiləşdirilməməsi gərəkdiyini də vurğulayıb:

“Bu məsələnin həddən artıq siyasiləşdirilməsi məni təəccübləndirir. Onu həmişə blogger adlandırırlar. Əgər o, mühəndis olsaydı, heç kim onunla maraqlanmayacaqdımı? O, qanunları pozub və buna qarşılıq olaraq ona qarşı cinayət işi açılaraq, İnterpolun axtarışına verilib. Belarus tərəfi də onu həbs edərək bizə verib. Bu, həm də MDB çərçivəsindəki Kişinyov konvensiyası ilə də səsləşir. Hər şey qanun çərçivəsində edilib. Onun blogger olması ilə bağlı spekulyasiyalar bu şəxsin qanun qarşısında toxunulmaz olması demək deyil”.

Tarix
2017.02.09 / 18:02
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Bakı 3 ölkə ilə ittifaq qurmuşdu: Biz bacardıq, digərləri...

Bakı və İrəvan arasında tarixi razılaşma - Papoyan açıqladı

Azərbaycanın qeyri-neft-qaz ixracı bu qədər artdı

İrandan İrəvana uçuşlar ləğv edildi

Rusiya mediasında Azərbaycana qarşı saxta məlumat yayıldı

Vensin Bakıya səfər proqramına nələr daxildir?

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Məhkəmədən Əli Kərimli ilə bağlı qərar

Yaralı etirazçıları müalicə edən ərdəbilli həbs edildi

Ceyhun Bayramov Çinə yola düşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla