Yuxarı

Narkotik tranziti və kibercinayət: Bakıda saxlanılan rusların işi...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Narkotik tranziti və kibercinayət: Bakıda saxlanılan rusların işi...

Bakıda narkotiklərin qanunsuz dövriyyəsi və kiberdələduzluqda ittiham olunan Rusiya vətəndaşlarından ibarət cinayət qrupunun işi üzrə məhkəmə prosesi davam edir.

Axar.az xəbər verir ki, Xətai Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxslərin hər biri barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha üç ay uzadılıb.

Təqsirləndirilənlərin vəkili Cavad Cavadlı məhkəmə qərarı ilə razılaşmadıqlarını bildirərək, müdafiə tərəfinin bu qərardan apellyasiya şikayəti verəcəyini açıqlayıb.

Xatırladaq ki, Rusiya vətəndaşlarından ibarət sözügedən qrup ötən ilin iyul ayında Azərbaycan Daxili İşlər Nazirliyinin keçirdiyi genişmiqyaslı xüsusi əməliyyat nəticəsində saxlanılıb. Onlara İran ərazisindən narkotik vasitələrin tranziti və qanunsuz dövriyyəsi, həmçinin kiberdələduzluqla bağlı ağır maddələr üzrə ittihamlar irəli sürülüb.

Qeyd edək ki, şübhəlilər iyul ayından etibarən həbsdə saxlanılır. Onların həbs müddəti daha əvvəl oktyabr ayında da uzadılmışdı. Son qərarla istintaq orqanına cinayət işinin yekunlaşdırılması üçün əlavə üç ay vaxt verilib.

Tarix
2026.01.27 / 21:59
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu ölkə ilə münasibəti bərpa edir

İsmayılovun yarım milyardlıq əmlakı müsadirə olundu

Azərbaycan və Türkiyə hərbçiləri Naxçıvanda... - Video

Zakir Həsənov MDB-nin növbəti iclasında iştirak etdi

Pezeşkian Əliyevə zəng etdi - Təcili

Əli Əsədov Cövdət Yılmazla görüşdü

Andrey Babiş bu tarixdə Azərbaycana gələcək

BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

İlham Əliyev bu türk ölkəsinə gedəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla