Yuxarı

Bakıda saxlanılan bu rusların vəsatətləri təmin edilmədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda saxlanılan bu rusların vəsatətləri təmin edilmədi

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstə üzvləri - Sergey Safronov, Anton Draçov, Dmitri Bezuqlıy, Dmitri Fyodorov, Aleksandr Vayserov, Valeri Dulov, Aleksey Vasilçenko və İlya Bezuqliyın məhkəməsi başlayıb.

Axar.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxslərin vəkilləri müdafiə etdikləri şəxslər barəsində seçilmiş həbs-qətimkan tədbirin dəyişdirilərək ev dustaqlığı seçilməsi ilə bağlı vəsatətlər veriblər.

Vəsatətlər təmin edilməyib və iş üzrə məhkəmə baxışı aprelin 10-na təyin edilib.

Qeyd edək ki, Sergey Safronov, Anton Draçev, Dmitri Bezuqlıy, Dmitri Fyodorov, Aleksandr Vayserov, Valeri Dulov, Aleksey Vasilçenko və İlya Bezuqlıy, Daxili İşlər Nazirliyinin İrandan narkotik vasitələrin tranziti, dövriyyəsi və kiberdələduzluqla bağlı keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. Onlar barəsində ötən il iyulun 1-də Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 234.4.1-ci , 234.4.3-cü maddələrlə yekun ittiham irəli sürülüb.

Tarix
2026.04.03 / 13:30
Müəllif
Axar.az
Digər xəbərlər

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi bu jesti etdi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla