Yuxarı

"Paşinyan yalanı": ajiotaja XİN-dən - Cavab

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Paşinyan yalanı": ajiotaja XİN-dən -

Xarici İşlər Nazirliyi olaraq biz həmişə ölkəmizdə fikir plüralizminə hörmətlə yanaşmışıq.

Bu sözləri Axar.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev sosial şəbəkə istifadəçisi, keçmiş KQB polkovnik-leytenantı İlham İsmayılın yalan statusundan sonra Feysbukda Xarici İşlər Nazirliyinə qarşı səsləndirilən ittihamlar və aqressiyaları şərh edərkən deyib.

“Fərdi şəxslərin fikirlərini şərh etmirik. Ölkəmizdə fikir plüralizmi və media azadlığı təmin olunub. Amma hər kəsi ictimaiyyəti çaşdıracaq, məsuliyyətsiz və qeyri-etik davranışdan kənar durmağa, dezinformasiya və saxta xəbər yaymamağa çağırırıq”, – deyə o bildirib.

H.Hacıyev XİN-in ona qarşı səsləndirilən ittihamlara şərait yaradan faktla bağlı hüquqi addım atmayacağını deyib:

“Bununla bağlı hüquqi addımlar atılmayacaq. Sadəcə, hər kəsi aldığı informasiyanı dəqiqləşdirməyə, etik qaydalara, Azərbaycan xalqının mənəvi-əxlaqi dəyərlərinə hörmət etməyə çağırırıq”.

Qeyd edək ki, sosial şəbəkələrdə Ermənistan Baş naziri Nikol Paşinyanın guya Azərbaycanı qorxaq adlandırılması ilə bağlı informasiya yayılıb və istifadəçilər Paşinyana adekvat reaksiya vermədiyi üçün XİN-i ağır şəkildə ittiham edib. Sosial şəbəkələrdə XİN-ə qarşı çoxsaylı aqressiyanın yaranmasına səbəb olan yalan məlumatı İ.İsmayıl paylaşıb.

Tarix
2018.05.11 / 16:06
Müəllif
Firuzə Vahidqızı
Digər xəbərlər

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

Qazaxıstanın baş naziri Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla