Yuxarı

"Azercell" "GiqaAddım" ilə addımları internetə çevirir!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Azercell" "GiqaAddım" ilə addımları internetə çevirir!

“Azercell Telekom” MMC ilk dəfə olaraq fiziki aktivliyi rəqəmsal mükafatlarla birləşdirən innovativ “GiqaAddım” kampaniyasına start verir. Təşəbbüs sağlam həyat tərzinin və gündəlik fiziki aktivliyin təşviqini hədəfləyir. İndi Azercell abunəçilərinə gündəlik atdıqları addımlar müqabilində mobil internet qazandırır.

Belə ki, “GiqaAddım” kampaniyası çərçivəsində mobil operator gün ərzində 10.000 addım atan abunəçilərinə 1GB internet hədiyyə edir. Bu hədəfə 7 gün ardıcıl çatan abunəçilərə isə 5GB internet təqdim edilir.

Kampaniya tamamilə rəqəmsal şəkildə “Azercell” mobil tətbiqi üzərindən idarə olunur. Kampaniyada iştirak etmək üçün abunəçilər “Azercell” mobil tətbiqini yeniləməli, daha sonra “İndi qoşul” bölməsi vasitəsilə cihazlarında “Sağlamlıq” tətbiqinə giriş icazəsi verməlidirlər. Abunəçilər atdıqları addımları və bonusları izləmək üçün mütəmadi olaraq Azercell tətbiqinə daxil olmalıdırlar.

Gündəlik və həftəlik hədəflər tamamlandıqdan sonra bonusları birbaşa tətbiq üzərindən aktiv etmək mümkündür. Qazanılmış internet paketləri aktivləşdirildiyi andan etibarən 24 saat müddətində etibarlı olacaq.

“GiqaAddım” kampaniyası fakturasız xətt üzrə “DigiMax” və “Premium+”, fakturalı xətt üzrə isə “SuperSən” və “Premium” tarif abunəçiləri üçün təqdim olunur.

Tarix
2026.05.07 / 15:03
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana 9 vaqon buğda və 1 vaqon propan göndərildi

Rusiyada həbs edilən Ruslan Məmmədovla bağlı maraqlı fakt

Səfirimiz etimadnaməsini Fernandesə təqdim etdi

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla