Yuxarı

DTX İlham İsmayılı araşdırmalıdır – Ekspertlər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkədə Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Azərbaycanı qorxaq adlandırması ilə bağlı yalan fikirlər yayan İlham İsmayıl Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) keçmiş polkovnik-leytenantıdır. Onun belə bir saxta xəbər yayması ictimaiyyətdə müəyyən suallar doğurub.

Axar.az xəbər verir ki, İlham İsmayıl keçmiş KQB-nin polkovnik-leytenantı olaraq provokasiya, şayiə ilə insanları nəyəsə təşviq etmə və ictimai narazılıq yaratma kimi texnologiyaları mənimsəmiş şəxsdir. O, statusunun doğuracağı effekti hesablamaya bilməzdi və hansı nəticələrə gətirib çıxaracağını da əvvəlcədən bilməli idi.

Üstəlik, Musavat.com-a verdiyi açıqlamasında bu statusu əsəbindən yazdığını bildirsə də, İ.İsmayıl “Ermənilər belə bir qorxaq dövlətlə 25 ildir qonşu olmaqdan xoşbəxtdir və qonşumuza ən azı 100 il belə olmağı arzulayırıq” cümləsini dırnaq işarəsi içərisində, vasitəsiz nitq kimi yazaraq, “Paşinyan belə deyib” qeydini verməklə tam şəkildə nə etdiyinin fərqində olub. Çünki onun keçdiyi məktəbdə bu xüsusiyyətlər tədris edilir.

Maraqlıdır, keçmiş KQB polkovnik-leytenantının öz ictimai statusundan istifadə edərək, belə bir ajiotaj yaratması hansı məsuliyyət doğurur?

Məsələ ilə bağlı Axar.az-a danışan hüquqşünaslar bildiriblər ki, sivil toplumlarda rəsmi qurumlar adətən bu məlumatları dərhal təkzib etməklə kifayətlənirlər. Ancaq bu kontekstdə XİN zərərçəkmiş kimi DTX-ya (Dövlət Təhlükəsizliyi Xidməti) müraciət etməli və ya DTX özü araşdırma aparmalıdır:

“Burda əsas məsələ “feyk”i yayan və ictimai narazılıq yaradan şəxsin kimliyidir. Yəni sıradan bir sosial şəbəkə istifadəçisi bu yalanı yaymaqla onun fəsadlarını hesablamaya bilərdi. Ancaq keçmiş KQB polkovnik-leytenantı nəticəni hesablamalı idi və öz ictimai statusuna görə o xəbərin mötəbərliyinə kütləvi inamın yaranacağını bilirdi. DTX keçmiş xəfiyyənin bəlli texnologiyadan dövlətə, XİN-ə, Müdafiə Nazirliyinə qarşı istifadə etdiyinə görə ciddi şəkildə araşdırma aparmalıdır. Çünki burda hansısa düşünülmüş plan və bəlli dairələrə xidmət versiyası gündəmə gəlir. Yalnız DTX öz araşdırmasından sonra müfaviq qərar qəbul edə bilər”.

Hüquqşünaslar bildiriblər ki, beynəlxalq təcrübədə belə şəxslər, ümumiyyətlə, ictimai-siyasi sferadan tamamilə təcrid edilir:

“Yəni Avropada güvənilən mötəbər şəxsin bu cür provokativ informasiya yaydığı üzə çıxdığı an özünə hörmət edən media qurumları həmin adamla bütün əlaqələri kəsir və o, ictimaiyyətdən təcrid olunur. Bu, bir tərəfdən media qurumunun öz nüfuzunu, digər tərəfdən isə ictimaiyyəti yanlış nəticələrə gətirib çıxaracaq risklərdən qorumaq istəyindən irəli gəlir”.

Tarix
2018.05.11 / 16:52
Müəllif
Firuzə Vahidqızı
Digər xəbərlər

Paşinyan “paraflanma”ya tələsir: Bakı niyə “isti yanaşmır”?

Nikolun mətbuat konfransı: Bakıya və Kremlə mesaj göndərdi

Əliyev və Berdiməhəmmədov “Sea Breeze”də - Foto

Hərbi prokurorun işdən çıxarılan müavininin - Dosyesi

Adəm Məmmədov həbsdə qaldı

Qafarova Berdiməhəmmədovla görüşdü - Foto

Paşinyan Əliyevlə son görüşündən danışdı

Berdiməhəmmədovun səfərinin əsl səbəbi...

Putin Trampa başqa seçim qoymadı: 50 gündə nələr olacaq?

Paşinyan: Təəssüf ki, Qarabağla bağlı gec qərar verdim

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla