Yuxarı

“4.1 Şəhər Motivləri” “Fokus” təqdimatında

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"4.1 Şəhər Motivləri" bədii filminin beynəlxalq premyerası baş tutub.

Axar.az xəbər verir ki, 25-ci Kotbus Beynəlxalq Film Festivalının (Almaniya) "Fokus" proqramı çərçivəsində keçirilən təqdimatda filmin yaradıcı heyəti də iştirak edib.

Xaricdə ali kino təhsili almış beş gənc iddialı rejissorun lentə aldığı kinoalmanaxda bu günədək yalnız neft və Avroviziya Mahnı Müsabiqəsi ilə adı hallanan Bakının yuxarıdan və aşağıdan, beş fərqli janrda beş fərqli təsviri (evin eyvanından, tikinti kranından, avtomobilin pəncərisindən) lentə alınıb.

Qeyd edək ki, Azərbaycan Prodüserlər Gildiyasının elan etdiyi "Geniş baxış" ssenari müsabiqəsinin qalibi olan kinolayihəyə "Qonşu qadın" (rejissor Anar Abbasov, operator Aleksey Şepilev), "Kədərim" (rejissor Rüfət Həsənov, operator Mixail Belkin), "Yuxarıda və aşağıda" (rejissor Timur İsmailov, operator Nadir Mehdiyev), "Dmitrov küçəsi 86" (rejissor Cəfər Axundzadə, operator Əlişir Həmidhocayev), və "Zabit şərəfi" (rejissor Vüqar İslamzadə, operator Cəbrayıl Rəfiyev) filmləri daxildir. Yeni filmin quruluşçu rəssamı Rafiq Nəsirov, redaktoru Yusif Şeyxov, kreativ prodüseri Eldar Albertsson, icraçı prodüseri Azər Quliyev, prodüserləri Müşfiq Hətəmov ("Azərbaycanfilm") və İradə Bağırzadədir ("Adari films").

Tarix
2015.11.07 / 18:53
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Sülh sazişinin imzalanması üçün iki şərt mövcuddur - Rəfiyev

Fransanın ölkəmizdəki səfirinin diplomatik fəaliyyəti başa çatdı

Bakı qarşısında belə bir öhdəlik götürməmişik - Mirzoyan

Əliyevin məktubu oxunanda Sərkisyan başını aşağı saldı...

Ölkəmiz regional orta güc dövlətinə çevrilib - Bayramov

Əliyevlə Putin Çində görüşəcək? - Peskovdan açıqlama

Prezident Rusiya ilə münasibətlərin korlanmasından danışdı

Axı, necə belə nankor olmaq olar?!

Bu yolu zorla ələ keçirə bilərdik, amma dayandıq... - Prezident

Deyirdilər ki, Azərbaycan Zəngəzuru işğal edəcək...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla