Yuxarı

"Qarabağ" tarix yazdı: Çempionlar Liqasında...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ" tarix yazdı:

19:56

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ"la "Ferensvaroş" (Macarıstan) arasında keçiriləcək cavab oyunu üçün start heyətlər açıqlanıb.

Axar.az-ın UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandalar bu gün Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:45-də start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar.

“Qarabağ”: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 90. Nəriman Axundzadə.

Baş məşqçi: Qurban Qurbanov.

"Ferensvaroş": 90. Deneş Dibuş, 3. Stefan Qartenmann, 28. Toon Raemaekers, 22. Qabor Salai, 25. Cebrail Makrekis, 64. Levi, 23. Bense Etvöş, 36. Qavriel Kaniçovski, 47. Kallum O'Douda, 75. Lenni Jozef, 19. Barnabaş Varqa.

Baş məşqçi: Robbi Kin.

Qeyd edək ki, komandalar arasında ilk matçda Ağdam təmsilçisi rəqibini 3:1 hesabı ilə üstələyib.

***

Bakı vaxtı ilə saat 20:45-də "Qarabağ" - "Ferentsvaroş" matçı start götürüb.

***

"Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) oyununda hesab açılıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən matçda qonaqlar hesabda irəli çıxıblar.

14-cü dəqiqədə Qabriel Kaniçovskiy fərqlənib.

***

25-ci dəqiqədə Andrade hesabı bərabərləşdirib: 1 - 1

***

41-ci dəqiqədə Abdullah Zubir "Qarabağ"ı hesabda önə çıxarıb: 2 - 1

***

55-ci dəqiqədə Barnabas Varqa kobud oyuna görə təyin olunan penaltini qola çevirib.

***

"Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) oyununda beşinci qol vurulub.

82-ci dəqiqədə Aleks Tot cərimə zərbəsini dəqiq yerinə yetirib və qonaqlar hesabda irəli çıxıblar.

***

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"u (Macarstan) iki oyunun nəticəsinə əsasən "Qarabağ" Liqa mərhələsinə yüksəlib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan cavab matçı qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb (İlk oyunda “Qarabağ” 3:1 qələbə qazanmışdı).

Tarix
2025.08.27 / 22:40
Müəllif
Axar.az
Digər xəbərlər

Geyinilə bilən rəqəmsal texnologiyaların zərərləri

Azərbaycana qarşı qırmızı xətti keçdik - İsrail nəşri

Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı

YAP-da kadr dəyişikliyi: Bu şəxslər vəzifədən uzaqlaşdırıldı

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

Bakıda bələdiyyə sədri bıçaqlandı, işçisi həbs olundu

Bu gün BTQ-nin yaranmasının 3 ili tamam olur

Azərbaycan Rusiyaya nota verdi: Səfir XİN-ə çağırıldı

Bayramov Bakıda BMT rəsmisi ilə görüşdü

İsrail mediası yazdı: Bu qərar Azərbaycanı incidəcək!

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla