
Zelenski bu xanımı ABŞ-a səfir təyin etdi
22:55
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
2024-cü ildə Azərbaycanda 120 ədəd ictimai sərnişin nəqliyyat vasitəsi istehsal edilib.
Axar.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilə nisbətən 7%, 2020-ci ilin göstərici ilə müqayisədə isə 60 dəfə çoxdur.
Ötən il ölkədə ümumilikdə 6 815 ədəd avtomobil (1 il əvvələ nisbətən 43% çox, son beş ildə - 3,2 dəfə çox), o cümlədən 5 998 ədəd minik (+55% və +3 dəfə), 697 ədəd yük avtomobili (-13% və +3,4 dəfə) istehsal edilib.
Hesabat dövründə Azərbaycanda həm də 20 ədəd qoşqu və yarımqoşqu istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 19 ədəd və ya 20 dəfə çoxdur. Son beş ildə isə qoşqu və yarımqoşqu istehsalı 5,3% artıb.
Tarix
2025.08.27 / 20:23
|
Müəllif
Axar.az
|