Yuxarı

Fransa Xocalını soyqırım kimi tanıya bilər - Petisiya

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa ictimaiyyəti, nəhayət, ikili standartlara etiraz etməli, Xocalı hadisələrinə, kifayət qədər dəlil, sübut və şahidləri olan bu soyqırıma adekvat qiymət verməlidir.

Bu sözləri Axar.az-a Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili və ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Fransada Xocalı soyqırımının tanınması üçün başladılan petisiya ilə bağlı danışarkən deyib. Millət vəkili bildirib ki, Fransada atılan bu addımı yalnız alqışlamaq lazımdır, çünki Xocalıda törədilmiş qətliamlar birbaşa soyqırım və beynəlxalq cinayətdir:

“Bütün ölkələr bu soyqırım cinayətinə adekvat qiymət verməlidir. Çünki Xocalı soyqırımı insanlıq əleyhinə törədilib, günahsız insanlar, uşaqlar, qadınlar, yaşlılar öldürülüb. Onların tək günahı azərbaycanlı olmalarıdır. Bu soyqırım ermənilər tərəfindən törədilmiş məhvetmə hadisəsdir. Ona görə də bəşəriyyət və insanlıq əleyhinə törədilmiş bu cinayətə heç bir toplum səssiz qalmamalıdır. Fransada belə bir təşəbbüsün irəli sürülməsini təqdir edirəm. Bu təşəbbüsə bütün tərəqqipərvər insanlar qoşulmalıdır. Eyni zamanda, Fransa hökuməti və parlamentindən tələb olunmalıdır ki, Xocalıda baş vermiş hadisələrə olduğu kimi qiymət versinlər, soyqırım kimi tanısınlar və bunu törədənlərin ədalət mühakiməsinə cəlb olunmasını tələb etsinlər”.

Millət vəkili vurğulayıb ki, Fransa Minsk Qrupunun həmsədridir və müəyyən mənada mandatına uyğun olaraq da bu cür məsələlərdə öz prinsipial mövqeyini sərgiləməlidir:

“Təəssüf ki, biz indiyə qədər bunu Fransadan görməmişik, tam əksinə, Fransanın Ermənistanı dəstəkləməsinin, işğal edilmiş ərazilərimizə qanunsuz səfərlərin təşkil olunmasının şahidi olmuşuq. Bu gün qondarma rejimlə Fransanın müxtəlif şəhər və bələdiyyələri qardaşlaşıb, yaxud da əməkdaşlıq haqqında müqavilə imzalayıb. Fransa separatçı rejimə ən çox dəstək verən və separatçı rejimin nümayəndəliyini təsis edən çox nadir ölkələrdən biridir. Bu gün Fransa Ermənistanı özünə “kiçik bacı” hesab edir və işğalçını bütün vəchlə dəstəkləyir”.

Azay Quliyev hesab edir ki, Fransa bu gün bir seçim qarşısındadır:

“Bu ölkə 1915-ci ildə Anadoluda baş vermiş hadisələri heç bir əsas olmadan, hər hansı tutarlı fakta söykənmədən Osmanlı Türkiyəsi tərəfindən ermənilərə qarşı törədilmiş soyqırım kimi tanıyıb, hətta soyqırımı inkar edən şəxslərə cəza nəzərdə tutan qanun qəbul edib. Düzdür, son vaxtlar bu qanunun konstitusiya məhkəməsi tərəfindən keçərliliyi dayandırılıb. İndi isə Fransa ictimaiyyəti, nəhayət, ikili standartlara etiraz etməli, Xocalı hadisələrinə, kifayət qədər dəlil, sübut və şahidləri olan bu soyqırıma adekvat qiymət verməlidir. Hesab edirəm ki, Fransa ictimaiyyətinin bu gün belə imkanı var. Əgər Fransa xalqı doğurdan da tərəqqi və sülhpərvər, ədalətli toplumdursa, özlərinin də iştirakı ilə yaratdıqları beynəlxalq hüquq normalarına hörmət edirlərsə, onda sübut etməlidirlər ki, ermənilər tərəfindən Xocalıda törədilən hadisələrə laqeyd deyillər və bu soyqırımı pisləyirlər. Mən bütövlükdə belə bir təşəbbüsü dəstəkləyirəm və təbii ki, biz bunun nəticəsini gözləyəcəyik”.

Qeyd edək ki, fransalı vəkil Oliviyer Perdo tərəfindən Fransa hakimiyyətinin Xocalı soyqırımını tanıması üçün petisiya təqdim edilib.

Petisiyada deyilir: “Bəzi fransalılar Xocalı faciəsi barədə məlumatlıdırlar, lakin Fransa hakimiyyəti bu hadisədən xəbəri olsa da, günahkarların məsuliyyətə cəlb olunması zərurətindən yayınmaq üçün susmağa üstünlük verir”.

Petisiyanı bu linkdən imzalaya bilərsiniz.

Tarix
2017.02.28 / 14:24
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Fransadan Bakıya qarşı inanılmaz əxlaqsızlıq - Video

Bu, Əliyevin qələbəsidir - Solonnikov

Türkiyə şirkətləri Qarabağda nələr edir? - Foto

Duda İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər

Verdiyevin həbsi: Necə davranmaq lazımdır? – Şərh

MDB ölkələri adi silahlara nəzarəti müzakirə etdilər

Ordumuz niyə SEPAH-la hərbi təlim keçirir? – İki səbəb

ABŞ Azərbaycanın bu öhdəliyini yüksək qiymətləndirir

Bu seçki dairələrinin hüdudlarına dəyişiklik edildi

Bakı və İrəvan arasında sülh sazişi... – Gülər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla