Yuxarı

Bu ərazilərdə sel və daşqın olacaq - Xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ərazilərdə sel və daşqın olacaq - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında iyunun 16-sı gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin xəbərdarlığında deyilir.

Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin iyunun 18-i gündüzədək davam edəcəyi, bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.

Qeyd edək ki, iyunun 15-i saat 18:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir. Bəzi yerlərdə qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Şahdağda 23, Bakıda və Abşeron yarımadasında 21, Neftçalada 20, Kəlbəcərdə 16, Şirvanda 15 m/s-yə çatır. Quba, Ağstafa, Balakən və Zaqatalada arabir şimşək çaxır, leysan xarakterli yağış yağır. Qazax rayonu Kəmərli kəndinə saat 15:51-16:06 radələrində diametri 18-20, Yuxarı Salahlı kəndinə isə saat 16:00-16:05 radələrində diametri 16 mm olan dolu yağıb.

Tarix
2025.06.15 / 21:25
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyevdən İran açıqlaması: Bunu ABŞ-la müzakirə etmirik!

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Ali Məclisdə yeni komissiyalar yaradılacaq

Almaniya Bakı-İrəvan əməkdaşlığını alqışlayır

Xələfov Pakistan XİN rəhbəri ilə görüşdü

Azərbaycan ABŞ-la 907-ci düzəlişin ləğvini müzakirə etdi

Bayramov BƏƏ-nin XİN başçısı ilə danışdı

Prezident yeni səfirləri qəbul etdi - Foto

Tehranın Bakıya qarşı ritorikası: İran yenə “başladı”?

Qarabağdan gedənlər Azərbaycanla sərhəddən də köçür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla