Yuxarı

AZAL Çukurovaya ilk reysini həyata keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AZAL Çukurovaya ilk reysini həyata keçirdi

Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu gün, 15 iyun tarixində Bakıdan Türkiyənin Adana və Mersin şəhərlərinə yaxın ərazidə yerləşən yeni Çukurova Beynəlxalq Hava Limanına ilk birbaşa reysini uğurla həyata keçirdi.

Axar.az xəbər verir ki, yeni marşrut üzrə uçuşlar həftədə iki dəfə – cümə axşamı və bazar günləri yerinə yetirilir. Bu reyslər yalnız Adana və Mersin deyil, həm də yaxınlıqdakı digər bölgələrə səyahət edən sərnişinlər üçün əlavə rahatlıq yaradacaq.

Uçuşdan əvvəl Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında sərnişinlər üçün təntənəli tədbir təşkil olunub. Təyyarə Çukurova Beynəlxalq Hava Limanında da səmimi şəkildə qarşılanıb, sərnişinlərə şirniyyatlar təqdim edilib.

AZAL-ın bu yeni marşrutu iki qardaş ölkə arasında hava nəqliyyatı əlaqələrinin daha da güclənməsinə mühüm töhfə verir.

Aviabiletləri AZAL-ın rəsmi www.azal.az saytı, mobil tətbiqi, aviaşirkətin kassaları və akkreditə olunmuş agentliklər vasitəsilə əldə etmək mümkündür.

Tarix
2025.06.15 / 20:57
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Rüstəm Behrudinin şeirini oxudu - Video

Mehdiyevdən sonra iki böyük vəzifəli şəxs həbs olunacaq

Leyla Əliyeva Şamaxı sakinlərinin qonağı oldu - Video

Gizir Xanıya şəhidlik statusu verildi

Qafan–İrəvan yolunda Azərbaycan bayrağı - Video

Türkiyə Gültəkin Hacıbəyli ilə bağlı qərarını verdi

Tibb müəssisələrində əlavə ödəniş tələbi ilə bağlı tapşırıq

Ermənistan sülhlə bağlı səmimi görünmür

Ərdoğan Naxçıvan sazişindən danışdı: Dönüş nöqtəsi...

AB iki Azərbaycan vətəndaşına sanksiya tətbiq etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla