12:10
Son zamanlar bir sıra kütləvi informasiya vasitələrində vergi orqanlarında həyata keçirilən kadr və struktur dəyişiklikləri barədə həqiqəti əks etdirməyən məlumatlar yayılmaqdadır.
Vergilər Nazirliyindən Axar.az-a verilən məlumat görə, cəmiyyətdə yanlış informasiyaların yayılmaması üçün Vergilər Nazirliyinin rəsmi məlumatlarına istinad olunmalıdır.
“Vergi inzibatçılığının təkmilləşdirilməsi, daha çevik idarəetmə mexanizmlərinin tətbiqi və yeni çağırışlara cavab verən vergi sisteminin formalaşdırılması məqsədilə Vergilər Nazirliyində struktur və kadr islahatlarına başlanılıb. Nazirliyin strukturunun yenidən təşkili, eyni zamanda, onun fəaliyyətini müəyyənləşdirən institusional dəyişikliklərin aparılmasına istiqamətlənən islahatlar ölkədə sahibkarlıq və investisiya mühitinin yaxşılaşdırılması, biznesin inkişafında süni maneələrin aradan qaldırılması, cəmiyyətdə vergi mədəniyyətinin formalaşdırılması, partnyorluq münasibətlərinin tərkib hissəsi olaraq vergi ödəyicilərinin öz öhdəliklərini yüksək səviyyədə yerinə yetirməsi məqsədi daşıyır”, - deyə məlumatda vurğulanıb.
Nazirlikdən bildirilib ki, bununla əlaqədar olaraq, vergilər nazirinin müvafiq əmrləri ilə 64 nəfər vergi xidməti əməkdaşı tutduğu vəzifədən azad edilərək nazirliyin sərəncamına götürülüb. Onların arasında nazir müşavirləri, struktur bölmə rəhbərləri və digər vəzifəli şəxslər var.
***
Report-a istinadən işdən çıxarılan bəzi şəxslərin siyahısını təqdim edirik:
Ad, soyad
|
Tutduğu vəzifə
|
İlqar Əhmədov
|
Vergilər nazirinin müşaviri, Əlaqələndirmə və idarəetmə Departamentinin baş direktoru
|
Nəsimi Cəfərov
|
Əlaqələndirmə və idarəetmə Departamentinin baş direktorun müavini
|
Raqif Qurbanov
|
Bakı şəhəri Lokal gəlirlər Departamentinin baş direktorunun I müavini
|
Mübariz Verdiyev
|
Milli gəlirlər Departamentinin şöbə rəhbəri
|
Natiq Məmmədov
|
Bakı şəhəri Lokal gəlirlər Departamentinin İdarə direktorunun müavini
|
Mübariz Əmiraslanov
|
Bakı şəhəri Lokal gəlirlər Departamentinin İdarə direktorunun müavini
|
Qabil Tarquliyev
|
Bakı şəhəri Lokal gəlirlər Departamentinin İdarə direktorunun müavini
|
Tariyel Şahbazov
|
Bakı şəhəri Lokal gəlirlər Departamentinin İdarə direktorunun müavini
|
Elxan Həsənzadə
|
Bakı şəhəri Lokal gəlirlər Departamentinin İdarə direktorunun müavini
|
Kəmaləddin Baxşəliyev
|
Bakı şəhəri Lokal gəlirlər Departamentinin İdarə direktorunun müavini
|
Nicat Məmmədzadə
|
Bakı şəhəri Lokal gəlirlər Departamenti, böyük DVM
|
Nazim Cahangirov
|
Bakı şəhəri Lokal gəlirlər Departamenti, böyük DVM
|
Azər Qurbanov
|
Bakı şəhəri Lokal gəlirlər Departamenti, DVM
|
Fuad Zeynalov
|
Bakı şəhəri Lokal gəlirlər Departamenti, DVM
|
Azər Mehdizadə
|
Bakı şəhəri Kiçik sahibkarlıqla iş Departamentinin şöbə rəhbəri
|
Emil Xanməmmədov
|
Bakı şəhəri Kiçik sahibkarlıqla iş Departamentinin İdarə direktoru
|