Yuxarı

Rusiya böyük ölkədir, amma böyük deyil

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir tikə çörəyin əsiri olanlar üzünü Rusiyaya tutur. Milyonlarla insan nicatını – dolanışığını bu nəhəng ölkədə tapmaq ümüdü ilə evindən-eşiyindən, yurd-yuvasından didərgin düşür, soyuq ölkədə istilik axtarır. Görəsən doğrudanmı, milyonlarla miqrantı Rusiyanın nəhəng iqtisadi resursları özünə çəkir? Yoxsa öz vətənində maddi-psixoloji, bir az da "freydist" sıxılmanın ağrısından can qurtarırlar? Bəlkə, hansısa həzzdir o insanları yurd-yuvalarından didərgin salan?

Hər halda, Rusiya keçmiş sovetlər üçün yad ölkə deyil... Amma əvvəlki ampulasındadır. Bu ölkə ona üz tutanların doğmalığını görmür. Görmək istəmir. Bir vaxtlar eyni dövlətin atributlarını paylaşan, himnini oxuyan, sərhədlərini qoruyan "qardaşlaşmış xalqlara" ikinci, üçüncü növ kimi baxır. Elə o vaxtlar da belə olub, amma o zamanlar bu sadəcə hiss edilməyib.

Rusiya nəhəng dövlətdir, - bu nəhənglik az qala Günçıxandan Günbatana qədər bir ərazini özündə birləşdirir. Amma bu nəhəng dövlət – Günbatandan Gündoğana qədər uzanan ölkə yenə də torpaq həsrətindədir. Rus hakimiyyəti heç vaxt "mənəvi hegomonluğa" can atmır, yalnız maddiyyatı düşünür.

Ona görə də elə təsəvvür yaranır ki, bu ölkə acdı. Bu dövlət bir barrel neftə görə insan qanına susamağı bacarır; ona görə də Rusiya "ruslaşa" bilmir: bu boyda ərazisi, ərazisinə görə bir ovuc əhalisini yüksək səviyyədə dolandırmaq gücündə olan bir dövlət özünü yaddan çıxarıb, gözünü onun-bunun əlinə dikdikcə, "surroqat" analarının sayı artır, yeddi arxa dönəninin daşıdığı moğol-tatar qanına yeni – miqrant qanı vurulur...

Millətin sivilizasiyalara açıqlığı hakimiyyətin xoşuna gəlmədiyindən, hakimiyyət-xalq ayrılması yaşanır: rus əxlaqına yaxın olmayan şovinizm ideologiyası ilə Rusiyanın "milli kimliyini" saxlamağa cəhd göstərirlər. Başqa yol görmürlər – sürətlə qarışan qan, dəyişən baxışların fonunda imperiya təfəkkürü ilə hakimiyyəti idarə edənlər zamanla ayaqlaşa bilmir.

Halbuki bir beynəlmiləl, şəffa sərhədli Rusiyaya ehtiyac var. Bu ehtiyac zamanın tələbidir: FTX-də hazırlanan və dəstəklənən 5-10 başıqırxıq "skinhedlə" bu prosesin qarşısı alına bilməz.

Rusiya nəhəng ərazisi olan ölkədir...

Amma böyük deyil... Böyüklük ərazi ilə ölçülmür, amma ölkənin ərazini qoruyan fakt hakimiyyətin böyüklüyüdür. Rusiya böyük olmayacaqsa, ərazisi də kiçiləcək...

Tarix
2013.11.11 / 15:16
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Kimdir Mahirə Nağıqızı?..

Fərqanə, bu gün sənsiz gəldi...

Elə bil, vəsiyyət edirdi... - Aşıq Vüqar

Şərifin ifritə nənəsini...

Bakıya gedən yolu kəsən qəhrəmanlar - Video

Tərlan Qasımov təltif edildi - Foto

Göndərdiyin acılar sürüşür qucağımdan...

2017 yazarların yaddaşına belə köçdü - Sorğu

SSRİ-nin dağıldığı gün: Qorbaçovun Buşa məxfi zəngi - Mətn

Soyuq Arxangelsk, “Bakı” restoranı və doğma üzlər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla