Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
16 Dekabr 2017


Azadlığın sərhədi vətənə xəyanətə qədərdir

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tənqid azadlığının həddi

Oxucularımızı bu səfər konkret bir cinayət tərkibi ilə tanış etmək niyyətindəyəm - dövətə xəyanət cinayəti ilə.

Bu yazını bir vətənpərvər, ya da siyasətşünas kimi deyil, sahə üzrə ekspert kimi hazırlamışam - hər hansı bir şəxsə bəraət qazandırmaq, ya da onu qaralamaq üçün deyil. Hər halda, bir çox ictimai fəala maraqlıdır ki, kiminlə, harda, nəyi danışmaq olar, nəyi olmaz; Hansı pulları qrant kimi almaq olar, hansıları isə yox.

Cinayət Məcəlləsinin (CM) 274-cü maddəsinin dövlətə xəyanət üçün verdiyi tərif belədir: "Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə".

Bu dispozisiya tam aydın deyildir - hüquqda rastlanan haldır. Hüquqşünaslar buna görə 4 il oxuyur ki, bu cür qeyri-aydınlıqlara işıq tutsun. Analogiya qadağasını bilirik. Lakin elə əməllər var ki, bu maddədə sanki görsənmədiyi halda, dövlətə xəyanətdir (şərh ilə bu nəticəyə gəlirsiniz), ya da ki, bu maddədəki kimi görsənsə də, həqiqətdə cinayət deyildir.

Qeyd olunmalıdır ki, bu cinayətin ən böyük "düşməni" də ifadə azadlığıdır. İfadə azadlığı istifadə olunduğu yerdə dövlətə xəyanət ola bilməz.

Əslində, bu cinayət ikidən çox şəxsi öldürməkdən daha ağır cinayətdir. Cəzasına baxmayın. Əvvəlcə onu qeyd etməliyik ki, bu, sadəcə müharibə şəraiti ilə bağlı olmur. Yəni bir düşmən dövlətin, ya da müharibə şəraitinin olması şərt deyildir. Digər tərəfdən, dövlətə xəyanət qəsdi cinayətdir, yəni şəxsdə xəyanət niyyəti (xüsusi qəsd) olmalıdır. Nəyə xəyanət?

Maddə - əməlin yönəldiyi məqsədi belə sadalayır: müstəqillik, torpaq itkisi, müdafiə qabliyyəti (imkanları). Lakin sırf bu məqsədlərin olması cinayətin törədilməsi üçün kifayət eləmir. Bu məqsədlə şəxs ya düşmən tərəfinə keçməlidir (müharibə şəraitində olur), ya da hər kəsə açıq olmayan və yuxarıdakı maraqlara zərər vura biləcək məlumatı (dövlət sirri olmaya da bilər, məsələn, bir şəxsin müəyyən etdiyi məlumat) düşmən tərəfinə ötürür. Cinayət hüququ nəzəriyyəsində belə cinayətlər "formal tərkibli cinayət" adlandırılır. Burda maddi bir nəticənin yaranmasına ehtiyac olmur. Lakin potensial təhlükə törətməsi kifayət edir.

Alman hüquq nəzəriyyəsində bunlara "təhlükə cinayətləri" deyənlər də var. Əslində sizə çox şeyi demədim. Məsələn, birisi düşünsə ki, köhnə SSRİ yaxşı idi, onu bərpa etsək, firavan yaşayarıq, bununla da bağlı gedib Rusiyada TV-də çıxış etsə, dövlətə xəyanət (müstəqilliyə qarşı əməl) cinayətini törətmiş olarmı?

Xeyir. Bunun üçün ya iki dövlət arasında müharibə olmalıdır və həmin şəxs də eyni zamanda TV-dəki çıxışında əsgərlərimizi silahı yerə qoymağa çağırmalıdır, ya da ki, məsələn, ordumuzun döyüş qabliyyəti haqqında gizli məlumatları – dövlətin işğal olunması, ya da zəiflədilməsi məqsədi ilə - ötürməlidir. Ötürülən məlumat məqsəd baxımından "səbəbli əlaqə" yarada biləcək məlumat olmalıdır; yəni bu əməllər müstəqilliyi, ərazi bütövlüyünü, müdafiə qabliyyətini real təhlükə altına qoya bilən məlumat, ya da əməl olmalıdır. Yoxsa Xocalı canisi haqqında "Allah Köçəryanın canını sağ eləsin" demək, alçaqca olsa da, cinayət tərkibi yaratmaz. Çukça əsilli bir vətəndaşımız, "cənub rayonlarımız İranın ərazisinə qatılmalıdır" fikrini KİV-lərdə bəyan etsə, o, sadəcə olaraq, ifadə azadlığından sui-istifadə etmiş olar. Lakin İranla xəyali bir müharibə vəziyyəti olarsa, bu cür danışmaq olmaz, çünki belə çağırış müdafiə və döyüş qabliyyətinə mənfi təsir göstərə bilər. Habelə bu cür çağırışdan əlavə o, ölkəmizdə, ya da xaricdə bu məqsəd üçün silahlı dəstəyə qatılsa, həmin dəstəyə bilərəkdən hər hansı formada dəstək olsa, ya da hər kəsə əlçatan olmayan məlumatı ötürsə, onda cinayətkar olar və "satqın" deyərək yaxasından yapışa bilərsiniz.

Maddənin ən "dalğalı" ifadələri bunlardır: "Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə".

Düşmənçilik fəaliyyəti nədir? Məsələn, bir dissidentin "Azərbaycanda siyasi vəziyyət belə pisdir, dəhşətlidir" deməsi cinayət tərkibinin yaranmasına səbəb olmaz, bu o insanın tənqid etmə azadlığıdır; "Azərbaycan Avropa dövləti olmağa layiq deyil, onu AŞ-dan çıxarmaq lazımdır" demək də cinayət doğurmaz. Hətta daha ağır və yersiz ittihamlar irəli sürülə də bilər. Məsələn, bir dissident "Die Welt" jurnalına müsahibəsində desə ki, Qəzzadaki fələstinlilərin soyqırımını əslində Azərbaycan törədib, bu, yenə də ifadə azadlığının tərkibində qiymətləndirilməlidir. Lakin ölkəyə qarşı BMT, ya da başqa qurumun sanksiyalarının tətbiqinə səbəb ola biləcək məlumatın – yalan, ya da doğru olmasından asılı olmayaraq – verilməsi (o şərtlə ki, bunlar sanskiyaların tətbiqi, o sanskiyalarla ölkənin müstəqilliyi, ərazi bütovlüyü və müdafiə qabliyyətini zəyiflətmə məqsədi ilə deyilsin) cinayət məsuliyyətinə səbəb olar.

Bu səbəblə Avropa Şurasından çıxarılması məqsədi ilə - ölkədəki siyasi durum haqqında bəyanat (yalan, ya da doğru) vermək dövlətə xəyanət olmadığı halda, Azərbaycana embarqo tətbiqi, ya da silah satışına qadağa qoyulması məqsədi ilə müvafiq məlumatların yayılması və ötürülməsi dövlətə xəyanətdir. Lakin bir insan büdcədəki müdafiə xərclərinin azaldılıb, müvafiq pulun səhiyyə sahəsinə göndərilməsi məqsədi ilə məlumat ötürsə (fərz edin ki, bu məlumatın verilməsi səbəbi ilə Rusiya Azərbaycana 1 milyardlıq silah satmadı) dövlətə xəyanət olmaz, ötürülən məlumat dövlət sirridirsə, CM 284-cü maddəsindəki "dövlət sirrini yayma" cinayəti törədilmiş olar (şəxs həmin məlumatın dövlət sirri kateqoriyasında olduğunu bilməlidir).

Yuxarıdakı məqsədlərlə vətəndaşın zorakı əməllərə qarışması, adətən başqa cinayətə səbəb olar – təxribat cinayəti kimi. Bəzi əməllər cinayətlərin cəminə də səbəb olar.

Gələk pul almaq məsələsinə. Bu qrant formasında da ola bilər, başqa adla bank köçürməsi formasında, nağd ödənişlə və ya heç olmaya bilər də. Lakin pul alınıbsa, bu 274-cü maddədə göstərilən məqsədlər üçün alınmalıdır və sadalanan maraqlara konkret təhlükə yaradan əməllərin icrasına başlanmalıdır (hazırlıq hərəkətlərinin törədilməsi də məsuliyyətə səbəb olar). Amerika kimi liberal bir dövlətdə Snoudenin vətənə xəyanətlə ittiham olunması – halbuki onun yaydığı məlumat həqiqi idi və digər dövlətləri də məmnun etmişdi – onu göstərir ki, ifadə azadlığı ilə dövlətə (vətənə) xəyanət arasında incə bir çizgi var. Azad insan həqiqəti danışa bilməlidir, lakin qərəzli olaraq ölkənin həm müdafiə, həm də iqtisadi qabliyyətinin zəiflədilməsinə obyektiv dərəcədə səbəb ola biləcək fəaliyyətin həyata keçirilməsi legitim məqsədlər güdmədiyi üçün ifadə azadlığı daxilində qorunmur.

Tarix
2014.08.01 / 01:24
Müəllif
Fərhad Mehdiyev
Şərhlər
loading...
Digər xəbərlər

ABŞ elə raketlə hücum etdi ki, Rusiya... - Trampdan əmr

Qarabağa müstəqillik verilərsə, nələr olar?..

Avropada millətçilik niyə artır?

Onlar bizi doğmalarımızla cəzalandıracaq…

Vətənin yanındasan, ya düşmənin?

Ölüm cəzası bərpa edilməlidirmi?

Qərbin Ukrayna arzusu – Kəniz!

Lamiyə niyə aktuallaşdı?

Qız 9-dan sonra evə gəlirsə…

Permyakov hansı həqiqəti pıçıldadı?

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla