Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
11 Dekabr 2017


Biz “Sizə zəfər gətirəcəyik”

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu torpağın son qurbanı mən olsam,
Öz odumda yanıb külə tən olsam,
Eldən ötən güllələrə dən olsam,
Ata millət, "oğul" deyib ağlama,
Ağlamağın yeri deyil, ağlama!
(Məmməd Araz)


Doğrudan da, "ağlamağın yeri deyil". Çünki biz "Sizə zəfər gətirəcəyik!".

Əziz oxucu, şərəfli Azərbaycan xalqı, yenilməz millətim!..

Bilirsinizmi, bu fikri haçan, harada düşünmüşəm, bu gerçəkləşdirəcəyimiz və gerçək olacaq arzumuzu harada qəsd etmişəm?

İndiyə qədər ölkəmizdə səslənişinə belə inanmadığınız 35 dərəcə şaxtalı Azərbaycan torpağında – Murovda...

Qələbəmizin istinad nöqtəsi, başlanğıcı oradır!

Güllə səslərinə diksinən və don vurmuş bir münaqişə həllini məhz həmin o 35 dərəcə şaxtadan – mənfur düşmənə əsir düşməyən nöqtədən tapacaq.

Onu SİZƏ biz gətirəcəyik – Azərbaycan zabiti və əsgəri! Bir də... bilirsinizmi niyə belə inamlıyam?

Azərbaycan Ordusunun zabiti kimi, ilk növbədə o qələbəyə özüm inanıram!

Onu bizlərin – Azərbaycan Ordusunun zabit və əsgərlərinin qazanacağına inanıram! O inamı məndə və bizlərdə həmin o 35 dərəcə şaxtaya bürünüb düşmən ayağına təmas tanımayan TORPAQ yaradıb!

Bildinizmi? Torpaq əsir düşməmək üçün özünü şaxtaya bürüyüb – sahibinin əli-ayağı sığal çəksin, yurd tiksin üstündə, sinəsinə bayraq sancsın!

Qələbə cücərdən, qəhrəmanlar yetişdirən bir torpaq əsir qala bilməz! Biz gücümüzü torpaqdan alırıq!

Vətəndaşın – fərq etməz mülki vətəndaş və ya hərbçi olsun – ən böyük qüruru dövlətinin gücünə arxalanmaqdır, dövlətin gücü isə onun ordusundadır!

Orduya olan sevgimiz Tanrıya olan sevgimiz qədər olmalı ki, bu inam bizi zəfərə, qələbədən-qələbəyə aparsın...

Orduya olan inamımız isə inanclarımızın alisi olmalıdır! Bu fikri o mənada deyirəm ki, 30 il Elzas-Lotaringiya alman əsirliyində qalanda, Fransa xalqı heç kimi – nə prezidenti, nə də özünü ittiham etmədi, əksinə, hər şeyi unudub… ancaq kilsəyə və orduya yardım etdi, dəstək oldu!

Çünki vətəndaş dövlətinin gücünə arxalanmaqdan böyük qüruru olmadığını nümayiş etdirəndə qarşılığını da vətəndaşlara zabitlər və əsgərlər yaşadır!

Allah isə bu vəhdətə qələbə ərməğan edir!

Buna görə də… çalışmalıyıq ki, ORDUmuz güclü olsun. Bunun üçün də bilməliyik:

- Biz görünən gözük...

- Biz bizə tuşlanan ölümün gözünə dik baxmağı bacaranlarıq.

Bir zabit kimi deyirəm: "Sizə zəfər gətirəcəyik!"

Mən buna inanıram!

Ona görə də biz sizin güvənc yeriniz, siz bizim and yerimiz olun. Siz bizə isti nəfəs göndərin ki, biz nəfəsinizə bürünüb sizə qələbə göndərə bilək.

Sevgili millət, əziz soydaşlar! Bilin ki, könlümüz bu yurda, ruhumuz qələbəyə bağlıdır.

Unutmayın ki:

- Başımız bu Vətən yolunda fəda olmaq üçün hazırdır!

- Sinəmizi düşmənə sipər, kürəyimizi sizə etibar edirik. Harada vətən torpağı varsa, ayağımız orda, gözlərimiz müstəqilliyimizə dikilib!

- "Sizə zəfər gətirəcəyik!" – dualarınızı üstümüzdən əskik etməyin, ağbirçək nənələr, hələ də başından qara yaylığını açmayan şəhid anaları!

O möhtəşəm gün uzaqda deyil. Qisas günü şanlı zəfər tariximiz olacaq.

Bu, bir əsgər marşı, tarixin tələbi, işğal olunmuş yurdun harayıdır: "Sizə zəfər gətirəcəyik!".

"Ey qəhrəman övladın şanlı vətəni" – bu bir əsgər anasının duası, əsgər atasının düyünləşən, yumruqlaşan qeyrətidir. Bu, bir azadlıq himni, zəfər zəngidir.

Şanlı yurdum! Unutma ki, bizə bir müsibət gəlsə, sənə gələr. Sənə gələn müsibətin qarşısında sipər kimi dayanmışam. Gələn bəla, qəza-qədər məni alsın, təki sənin bircə qarış torpağına namərd yağı əl dəyməsin!

Şanlı yurdum! Qisasını almaq üçün burdayam mən! Sənə gələn hər zərbəyə sinəsiylə sipər çəkən bir əsgərəm. İndi bildinmi mən kiməm?

Sevgili millət, əziz soydaşlar! Bizə hər səhər xoş sözlər göndərin! Gözlədiyiniz ən gözəl səhəri sizə gətirəcəyik, taleyimizin ən gözəl anlarını, müharibənin dolaşıq kələfini açacaq bir sabah gətirəcəyik sizə!

Unutmayın:

Bu döyüşdü – əzilən var, əzən var,
Ölüm hökmü qoltuğunda gəzən var;
Burda "bizik", nə "mən" vardır, nə "sən" var.
Yox, ağlama, ana millət, ağlama!
Qorxuram ki, sına millət, ağlama.
(Məmməd Araz)

Bəli, bu döyüşdü, "burda "bizik", nə "mən" vardır, nə "sən" var", Azərbaycan əsgərini qələbəyə ruhlandıran, şanlı, böyük, yenilməz bir VƏTƏN var...

Yaşasın şanlı Azərbaycan Ordusu!

Ehtiyatda olan baş leytenant

Tarix
2013.11.29 / 16:15
Müəllif
Aqil Alışov
Şərhlər
loading...
Digər xəbərlər

İşğal olunmuş ad günüm...

Faciəli statistika, yoxsa statistika faciəsi?!

Qəhrəmanlıq təranələri

“Şəhid Şikəstəsi”

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla