Heç vaxt qeyd edə bilmədiyim ad günümü təbrik edən
dostlarım, müəllimlərim, jurnalist həmkarlarım, zabit yoldaşlarım,
əsgərlərim, SƏNGƏR QARDAŞLARIM, sizlərə təşəkkürümü bildirib,
Xocalıya SÖZLƏ bahəm SİLAHLA gedəcəyimiz günü arzulayıram.
Torpaqlarımız, rayonlarımız, kəndlərimiz yerlə yeksan olunub,
təqvimlərimiz və ad günlərimiz işğal olunub... Düşmənin bizə
vurduğu ziyanın miqyası həddən çox!
Bunların xatirinə...
Şəhidlər... Onlar da "Qələbə" şüarının səslənməsini istəyiblər,
istəyirlər və istəyəcəklər. Ki, təki torpaq azad olsun, Vətən sağ
olsun! Şəhidlərimizin incik ruhlarının xatirinə!..
Əlillər... Ayağını, qolunu itirmiş və xəyalında ayağni, qolunu
itirdiyi yeri özünün qəbir yeri deyə sandığı, xəyallar aləmində
ayağının və bir qolunun "qəbri"ni hər gün ziyarət edən Qarabağ
əlilinin duyğularının xatirinə...
Qazilərin... Bəzən sağ qalmalarına sevinməyən, qolları arasında
şəhid olmuş döyüş yoldaşlarının intiqamını almaq istəyində olan
Qarabag qazilərinin xatirinə...
Hər kəsin-balacadan böyüyə, bütün və bütöv Azərbaycanın
naminə!!!
Bizim tamarzı olduğumuz bir gün var - QƏLƏBƏ GÜNÜ!
O günü yaxın etmək üçün... unutmaq olmaz: qələbə o halda olacaq
ki, bütün Azərbaycan səngər olsun!
QƏLƏBƏ GÜNÜ nidası bizim - qisas borcu boynunda qalan, qələbə
haqqına yiyə duracaq insanların o möhtəşəm günədək hər an yaşam
Himni olmaıdır!
QƏLƏBƏ GÜNÜ o zaman olacaq ki, bütün və bütov Azərbaycan bu
sözləri ürəkdən deyəcək: "Şanlı yurdum! Qisasını almaq üçün
burdayam mən! Sənə gələn hər zərbəyə sinəsilə sipər çəkən bir
əsgərəm".
Azərbaycanlıları üfüqdən-üfüqə aparan məğrur və möhtəşəm güclü
Azərbaycan arzusuyla Aqil Alişov... Ad günü işğal olunmuş
azərbaycanlı...
Hamınıza bir daha təşəkkürlər!!!