Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 Noyabr 2017


Əxlaqsızlıq yuvası

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəşəriyyət elə kriminallaşıb ki, belə vaxtlarda "Kriminal və Bəşəriyyət" adlı qəzetin olması da sarkazmla qarşılanmalıdır. Bizim insanların istedadına heyrətlənməmək olmur.

"Rusyət" bazarlarında min cür hoqqa çıxarmaqdan tutmuş Antalyada oteldə dincələn gəncin rayona - anasına zəng edib İŞİD əsirliyində olduğunu deməklə pul istəməsinə qədər ideyalarımız inkişaf edib.

Bu, son 25 ildə bir toplumun gəlib çatdığı nöqtədir. Yuxarı-aşağı beləyik: idxal olunan ideyaları parazitcəsinə eybəcərləşdirib, sonra gözdən salıb iyrəndiririk.

İndi "Kriminal və Bəşəriyyət" kimi pafoslu adda bir nəşrin gün çıxanda, qar yağanda çap olunması həm də bu sözlərin deformasiyasıdır.

Rəhmətlik Məmməd Nazimoğlu olsaydı, güclü ironiya ilə belə qəzetlərin varlığına şəbədə qoşardı.

Çünki bu vahiməli adda qəzetin gördüyü iş balacadır. Demə, "Kriminal və Bəşəriyyət" bəşəri olmayan kriminal işlərə girişibmiş.

Qəzetin təsisçisi Şahin Orucov yekə bir cinayətin üstünü açıb. Ona bu məsələdə Cəlil Səmədov kömək edib. Kimdir C.Səmədov? - "Korrupsiya və Qanun" qəzetində baş redaktorun müavini.

Əcəb işdir: "Kriminal və Bəşəriyyət" "Korrupsiya və Qanun"la əlbir olub kriminallaşmış, qanundankənar fəaliyyəti ifşa etməyə gediblər. Rüşvətə bulaşmamış "Korrupsiya və Qanun" qəzeti polisin vəzifəsini yerinə yetirməli imiş.

Onlar, indiyə qədər adını Ukraynada futbol komandası kimi bildiyim, Sumqayıtda isə eyniadlı kafe olan "Metallurq"u (belə də kafe adı olar?) basıblar.

Kafedə əxlaqsızlıq yuvası təşkil olunduğunu öyrəniblər, videogörüntülər çəkiblər. Çəkilişləri yaymamaq qarşılığında 5 min manat tələb ediblər.

Hazırda ev dustaqlığı yaşayan "Kriminal və Bəşəriyyət"lə "Korrupsiya və Qanun" keşikçiləri az deyillər - "Ədalət uğrunda+", "Jurnalist və qanun" , "Vətəndaş Hüququ" , "Aydın Azərbaycan", "Kriminal aləm", "Yeni Azərbaycan dünyası", "Korrupsiya və cəmiyyət" və s. və ilaxır…

Tarix
2015.11.03 / 08:45
Müəllif
Emil Salamoğlu
Şərhlər
loading...
Digər xəbərlər

Deputatın olduğu canlı yayıma basqın - Video

Meksikalı futbolçudan müdhiş “Neftçi” yalanı

Dövlət iki mərkəzi satır – Hərrac

Dəmir yolunun bu hissəsi söküldü

Xaçmazda quşlar kütləvi tələf olur? – Foto

Öcalandan Gülən haqda şok sözlər

Moskva sirki Bakıya gəlir

Messinin dublu, almanların “sülh”ü…

Saratovka qaymağı zay çıxdı - Foto

Rusiyada adam öldürdü, Şəmkirdə təslim oldu

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla