Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
25 Noyabr 2017


Əgər idarəetmədə bunlar olmasa...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Üç gün əvvəl televiziyalarımızın birində böyük sənətçimiz Zeynəb Xanlarovanın doğum gününə həsr olunmuş verilişdən sonra fəlsəfənin daimi problemi olan "maddiyyat, yoxsa mənəviyyat birincidir" sualı tamaşıçılar üçün əhəmiyyətli olmalıydı.

Ekranı zəbt etmiş balacalıq kompleksinin daşıyıcılarının bir millətin mənəvi dünyasına vurduğu ziyanları görmək üçün simvol şəxsiyyətlərin efirdə cəmi bir saat olması yetərlidir.

SSRİ-nin ideoloji rənginə nifrətinizi bir kənara qoyun. "Totalitar quruluş" deyib, o dövrün bütün qəhrəmanlarını xalqdan uzaq saymağa ixtiyarımız yoxdur.

Kimsə keçmişin xiffəti ilə yaşaya bilər. Lakin o dövrün bütün rituallarını yenidən bərpa etməyə ehtiyac duymadan böyük əmək, sənət və həyat qəhrəmanlarının gerçək dəyərini indi yenidən dərk etməyə borcluyuq. Adil İsgəndərovdan Səməndər Rzayevə, Məlik Dadaşovdan Nəsibə Zeynalovaya qədər bizim teatr və kino sifətimiz təkcə səhnələrimizdən yox, həmçinin gerçəkliyimizdən qeyb olub çıxıb gediblər.

Həsən Məmmədovun bədii obrazını hansısa quruluşa görə kənara atmaq olarmı? Mərdliyi, bütövlüyü, soyuqqanlılığı və kişiliyi özündə təcəssüm etdirmək heç bir toplum üçün yabançı sayıla bilməz. Milləti formalaşdıran və dəyərlər sistemini yaradan insanları heç bir formasiyada inkar etməyə çalışmayıblar.

Düz yüz il əvvəl barmaqla sayılacaq qədər az olan qabaqcıl zəka sahiblərimiz - haqverdiyevlər, vəzirovlar və köçərlilər geri qalmış Qafqaz xalqlarının həyatında işıqlı məbədə çevrilən Qori seminariyasına sığınanda bununla da gələcək cümhuriyyət quruculuğuna, milli ruhaniyyət məktəblərinin formalaşmasına əvəzsiz töhfələr vermişdilər. Lakin Sovet dövrünün bütün ideallarının saxta və qurama olduğunu iddia etməyə heç kəsin ixtiyarı yoxdur. Çünki onların əmək rəşadəti, mədəni hünəri, hərbi şücaəti gerçək meydanlarda qazanılmışdı və fərqli bir əsrdə yaşamaq kimlərinsə günahı deyildi.

Əgər hər gün işdə, idarəetmədə və bizi əhatə edən insanlar içərisində ədaləti, imanı, istedadı təşviq etməsək, heç bir milli pul vahidi sabit kursuna sahib olmayacaq. İqtisadi qeyri-sabitliyin ən böyük səbəbi təkcə neft kotirovkalarının birjalarda rəqs edən qiymətləri deyil, həçminin kəmfürsətliyi, başqasına qarşı aqressiyanı və qonşusunu özündən rifahlı görmək istəməyən ağılları bürüyən böhrandır.

Vaxtilə ingilislər yoxsulluğun hökm sürdüyü İngiltərədə Şekspirin əsərlərini səhnəyə daşımaqla millətin həyatını ədəbiyyat və sənətlə dəyişməyə baş vurdular. Mənəvi intibah iqtisadi rifah doğurdu. Ona görə də Xəzər dənizini ədəbiyyatımızdan və poeziyamızdan çıxarmış Azərbaycan insanı iqtisadiyyatda yeri getdikcə məhdudlaşan neft buruqlarının əvəzinə yeni mənəviyyat dənizini yaratmağa ehtiyac duyduğunu bir daha ortaya qoyur.

Baxın, dünyada nə qədər təbii sərvətləri olmayan dövlətlər var. Onların şüuru və həyata baxışı neft ölkələrindən çox fərqli qurulub. İndi asan pullara qərar verən hökumətin qüsurlarından hamı danışır. Bəs şərq ənənələri kimi əl-ayağımıza daxil olan toy-yas nümayişlərimizi, orta məktəbi qurtarmaqdan hərbi xidmətə, müsəlman olmaqdan tutmuş dünyaya övlad gətirməyə və müxtəlif dəbdəbəli ad günlərinə qədər şadlıq evlərinə daışıdığımız mərəkələrimiz hansı dövlət qərarının ayağına yazmalı olacağıq? Halbuki "qara qızıl" Xəzər dənizində qurusa da, ağlımızda dərin qatlar bağlamış neft laylarını şüurumuzdan çıxarıb ata bilmirik.

Mənəvi dünyamızı düzəltdikcə sosial və iqtisadi həyatımız ona adekvat dəyişəcəkdir. Hamımız bir-birimizə yaxşı arzular diləməyə borcluyuq. Çünki dualar devalvasiyaya uğramır!

Mübarək bayramları qapımızdan içəri qəbul edərkən evimizdəki pisliyi və düşüncələrimizdəki kəsafəti də onunla bərabər keçmişdə qoyub Yeni ilə başlamağa hər birimizin ehtiyacı var.

Bütün ağırlıqlar və itkilərimizin ötən ildə qalmasını diləyərkən hər gün insan taleyi üçün yeni səhifə olduğunu unutmamalıyıq.

Bu dövlətin lideri öz xalqını hər zaman böyük təlatümlərdən çıxarmağı bacarıb. İndi sınağa çəkdiyi hakimiyyət komandası da cənab prezidentin idarəetmə üslubuna, fikir sürətinə və ayaq səslərinə çatmağa borcludular!

Əziz dostlar!

Soyuq qış səngərlərində bizim babalarımızı saxlayan ruh təkcə Stalinə məhəbbət deyildi, ciblərində gəzdirdkləri bir doğmasının şəkli, ürəklərində daşıdıqları xeyirxahlıq və qardaşlıq duyğusuydu. Faşizmə qalib gəlmək üçün hamı bir-birini qorumağa məhkum idi.

Sizi 2016-cı il münasibətilə ürəkdən təbrik edərkən sevgi hisslərimizin heç zaman devalvasiya olunmayacagına əminliyimi bildirərəm.

Bayramınız mübarək olsun!

Tarix
2016.01.02 / 09:30
Müəllif
Zahid Oruc
Şərhlər
loading...
Digər xəbərlər

1500 erməninin başını istəyən Mikoyan

Portret arxasında böyük pulların növbəti rekordu…

“Qoca tülkü” ləqəbli çekist Şeva...

Qarsa gedən “sülh və müharibə qatarı”

“Foros əməliyyatı”: Qorbaçov generalları necə məhv etdi

Putinin çeçen ordusu, yaxud Uollesdən Kadırova

Medvedyevin İrəvana qəfil səfəri...

Xalqı soymaq üçün “müqəddəslik” donu

Qarabağda rus tankları, Putindən hesab soran general

Naxçıvandan İrəvana zərbə və itirilən müstəqillik

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla